Trampın oğlu nişanlandı
ABŞ prezidenti bankirlə quda olur
17:37 | 28 noyabr 2016 | Bazar ertəsi
Məqaləyə 929 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Türkiyədə növbəti kütləvi zəhərlənmə hadisəsi
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Rusiya və Qərbin “QRU” agenti uğrunda amansız savaşı – ŞOK DETALLAR
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Amerika Birləşmiş Ştatlarının yeni administrasiyasında yüksək vəzifələrə təyinatlar edildiyi vaxt ölkənin xarici siyasət kursu ətrafında müzakirələr davam edir. Seçki kampaniyası ərzində Donald Trampın Rusiya ilə daha yaxın münasibətlər qurmaq istəyə biləcəyi ilə bağlı fikirlər səslənirdi.
Amerika Azərbaycanlıları Şəbəkəsinin həmsədri doktor Ceyhun Mollazadə «Amerika icmalı» proqramında Tramp administrasiyasının Rusiya, Cənubi Qafqaz və Azərbaycanla bağlı mümkün siyasəti haqda danışıb.
Ceyhun Mollazadə seçki kampaniyası dövrü Donald Trampda xarici siyasət məsələləri və başqa ölkələrlə münasibətlərə biznes yanaşma tərzinin müşahidə edilidiyi deyib. O, Tramp administrasiyasında yeni konsepsiyalar və mövqelərin ifadə oluna biləcəyini istisna etməyib və yeni seçilmiş prezident üçün əsas prioritetin Amerikanın maraqlarının üstün tutulmasından ibarət olacağını bildirib.
Ceyhun Mollazadə əsas prioritetlər sırasında Amerikanın təhlükəsizlik maraqlarının qorunması və terrorizmə qarşı mübarizə səylərinin gücləndirilməsini göstərib. O, Respublikaçılar partiyasının konseptual mövqelərini vurğulayıb: »Lakin eyni zamanda onu da qeyd etmək lazımdır ki, cənab Tramp Respublikaçılar partiyasından namizəd olaraq seçilib və respublikaçıların hər zaman iki əsas konseptual mövqeləri olub. Birincisi, Amerikanın daxilində sərbəst, azad ticarət və biznesə dəstək, yəni azad, sərbəst şəkildə biznesin aparılması vəözəl sektorun Amerika iqtisadiyyatında güclü rol oynaması və hökumətin müdaxiləsinin məhdudlaşdırılması. Onların ikinci güclü təcrübə xarici siyasət və milli təhlükəsizlik məsələləri ilə bağlıdır. dədir. Hesab edirəm ki, respublikaçıların bu dəyərlərini nəzərə almaq lazımdır, o biri tərəfdən isə Donald Trampın kampaniya zamanı qaldırdığı məsələləri».
Seçki kampaniyası dövründə prezident seçilmiş Donald Tramp Rusiya prezidenti Vladimir Putin haqda müsbət fikirlər söyləmişdi. Bəzi təhlilçilər bunu Amerika və Rusiya arasında münasibətlərdə yeni fazasının başlanacağına işarə kimi qəbul edirdi. Ceyhun Mollazadə yeni administrasiyanın Rusiya ilə gələcək münasibətlərindən danışaraq deyib ki, kampaniya zamanı verilmiş vədlərdən asılı olmayaraq yeni prezidentin administrasiyası Kremllə münasibətlərdə bir neçə real məsələ ilə qarşılaşacaq. «Mürəkkəb məsələlərdən biri Ukrayna məsələsidir, Krım yarımadasının anneksiyası, Ukraynanın şərqində baş verən hadisələrdir. Eyni zamanda, Gürcüstanın əraziləri, Dağlıq Qarabağ məsələsi, Suriyada Rusiyada tərəfdən aparılan əməliyyatlardır. Yəni bu məsələlərdə Obama administrasiyası və Kreml, Moskva arasında böyük dərəcədə fikir ayrılığı var».
Ceyhun Mollazadə Konqresdə və Senatda qanunvericilər, eləcə də vitse-prezident seçilmiş Mayk Pens tərəfindən Rusiya ilə bağlı sərt mesajların verildiyini xatırladıb. O deyib ki, Donald Trampın Rusiya ilə münasibətləri yeni çərçivədə inkişaf etdirmək istəyi ilə yanaşı, hazırkı realllq nəzərə alınmalıdır. Onun bildirdiyinə görə, ABŞ-ın yeni administrasiyasının Rusiya ilə bağlı siyasi kursunun formalaşdırılması üçün Amerika-Rusiya əlaqələrinin təhlil ediləcəyini, yüksək səviyyələrdə görüşlərin keçiriləcəyini və bundan sonra bir əməkdaşlıq modelinin yaranacağını gözləmək olar. Lakin o eyni zamanda, respublikaçıların Kremllə tonunun daha da kəskin şəkil ala və qarşıdurmanın güclənə biləcəyini də istisna etməyib.
Ceyhun Mollazadə ABŞ-ın yeni administrasiyasının Azərbaycanla işgüzar münasibətlər quracağını gözlədiyini bildirib. «Hesab edirəm ki, yeni administrasiya və Azərbaycan arasında işgüzar və qarşılıqlı münasibətlər qurulacaq. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında enerji sahəsində, terrorizmlə mübarizədə, birgə sülməramlı qüvvələr çərçivəsindəstrateji münasibətlər var. Kosovoda, Əfqanıstanda və İraqda Azərbaycan və Amerika hökumətləri, dövlətləri və xalqları əməkdaşlıq edib. Hesab edirəm ki, Tramp administrasiyası Amerika ilə neçə ildir müxtəlif sahələrdə əməkdaşlıq edən və müttəfiq olan Azərbaycan və Türkiyə kimi müsəlman ölkələri daha da yüksək dəyərləndirəcək və daha da sıx münasibətlər quracaq. Əgər o bölgədə hansısa terrorizm, ya da hansısa radikal qüvvələrlə mübarizə aparmaq istəsə, yeni seçilmiş gələcək prezident Tramp və onun administrasiyasının Azərbaycan və Türkiyə kimi ölkələrin əməkdaşlığına ehtiyacı olacaq».