Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
22:36 | 8 dekabr 2016 | Cümə axşamı
Məqaləyə 771 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
ABŞ-ın ««The American Spectator» nəşri «Begin-Sadat» Strateji Araşdırmalar Mərkəzinin eksperti, İsrailin «Wikistrat» Geostrateji Təhlil Agentliyinin baş analitiki, «Türkiyənin İsrail və Azərbaycan ilə ittifaqı: Yaxın Şərqdə və Qafqazda dövlətlərin identikliyi və təhlükəsizlik sistemi» kitabının müəllifi Aleksander Murinsonun «Erməni lobbisinin yeni seçilən Prezident Tramp ilə cüzi münasibətləri» adlı məqaləsini dərc edib.
Məqalədə erməni lobbisinin Birləşmiş Ştatların siyasi dairələrində fəaliyyətindən və ABŞ-ın yeni seçilən Prezidentinin administrasiyası üçün erməni səylərinin cazibəsizliyindən danışılır. Vaşinqtondakı siyasi sistemə toxunan müəllif yazır ki, hərgah erməni seçicilərin maraqlarını nəzərə almaq lazım olsa da, paradoks bu maraqların ABŞ-ın və hətta Ermənistanın maraqlarına zidd olmasıdır.
A.Murinson qeyd edir ki, ABŞ-dakı erməni lobbisi Ermənistanı Amerikanın Yaxın Şərqdəki mühüm müttəfiqi olan Türkiyəyə qarşı təhrik edərək və düşmənçiliyi dəstəkləyərək, Azərbaycanla dayanıqlı sülhün bərqərar edilməsinə qarşı fəaliyyət göstərərək, Ermənistanın digər dövlətlərdən asılılığını artırır, bununla da onu dövlət müstəqilliyini tam itirməyə sürükləyir. Bu, artıq ona gətirib çıxarıb ki, Ermənistanı korrupsiyaya uğramış hərbi diktatura idarə edir, ölkə iqtisadiyyatı uçuruma yuvarlanır və «beyin axını» baş verir.
Ekspert yazır ki, Kaliforniyada və digər ştatlarda rahat şəraitdə yaşayan erməni lobbisinin nümayəndələri Ermənistan üçün həqiqi müstəqilliyi əldə etmək üçün ən yaxşı şansın qonşuları ilə sülh və əməkdaşlığın qurulması olduğunu başa düşməlidirlər.
Erməni lobbisinin və ABŞ-ın maraqları arasında ziddiyyətlərə toxunan müəllif yazır ki, erməni qrupları Donald Trampın ABŞ prezidenti seçilməsinə qarşı kampaniya aparıblar. Müğənni Şer, Amerika televiziyasının «ulduz»u Kim Kardaşyan və Avropa İnsan Haqları Məhkəməsində Ermənistan hökumətinin maraqlarını müdafiə etmiş bədnam vəkil Amal Kluni Trampa qarşı kampaniyada fəal iştirak ediblər.
A.Murinson vurğulayır ki, Donald Tramp Amerikanın milli maraqlarına zidd olan lobbiçilərin «xüsusi maraqları»na məhəl qoymayacaq və ABŞ maraqlarına sadiq qalaraq, region siyasətində başqa yanaşmaya malik olacaq.
Müəllif, həmçinin yazır ki, ermənilər özlərini qalib göstərməyə nə qədər cəhd etsələr də, erməni lobbisi 2016-ci il seçkilərində məğlubiyyətə uğrayıb. Ermənipərəst senator Mark Kerkin, Konqresdə ermənipərəst tərəfdarların həmsədri Bob Doldun, ABŞ Senatına ermənipərəst namizəd Co Hekin və erməni mənşəli amerikalı Danni Tarkaniyanın iflası buna sübutdur.
Məqalənin sonunda A.Murinson yeni seçilmiş Prezident Trampın komandasını erməni lobbisinin maraqlarına məhəl qoymamağa və sülhə nail olmaq üçün Ermənistan və Azərbaycana kömək etməyə çağırır.