Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:03 | 7 fevral 2017 | Çərşənbə axşamı
Məqaləyə 2776 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys «İsrael Project» forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib.
Virtualaz.org komitənin saytına istinadən xəbər verir ki, Ed Roys forumdakı çıxışında əvvəlcə İranın bu günlərdə keçirdiyi ballistik raket sınaqlarına toxunub. O, deyib ki, İranın raket sınaqları BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə ziddir və ABŞ administrasiyası Tehranın nəzərinə bu addımın cavabsız qalmayacağını çatdırmalıdır.
Daha sonra konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır. Ed Roys bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır.
Ed Roys İranın Azərbaycan üçün də «təhdid olduğunu» deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: «Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız». Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.
Xatırladaq ki, Donald Tramp İranı «terrorun bir nömrəli sponsoru» adlandırıb və Obama administrasiyasının İranla bağladığı nüvə sazişini ləğv edəcəyini bildirib.