Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
22:28 | 13 mart 2017 | Bazar ertəsi
Məqaləyə 1935 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Regionun başı üstünü total müharibə təhdidi alıb. Hansı ki, orada hər iki tərəfdən müntəzəm olaraq əsgərlər ölür, hər iki tərəfin silahlı qüvvələri «təxminən eyni səviyyədə» ən yeni Rusiya silahları ilə silahlanıb. Və burada böyük Soyuq Müharibə qarşıduran tərəflərə geri qayıdıb. Siz yəqin ki, Qafqazın kiçik Dağlıq Qarabağ regionu barədə eşitməmisiniz, hansı ki, orada 1917-ci ilin bolşevik inqilabından bəri «dondurulmuş münaqişə» hökm sürür. Bu regionda böyük müharibə tezliklə başlaya bilər.
Virtualaz.org xəbər verir ki, bu sətirlər tarixi və müharibə mövzuları üzrə ixtisaslaşmış jurnalist-bloqqer Todd Vudun «People's Pundit Daily»də yerləşdirilmiş və Qarabağ münaqişəsi zonasındakı gərginlikdən bəhs edən «Üçüncü Dünya müharibəsi Qafqazın bu küncündən başlaya bilərmi?» başlıqlı məqaləsindəndir.
Müəllif münaqişənin qısa tarixçəsini yada salır, 2000-ci ilin əvvəllərinə qədər təmas xəttində kövrək atəşkəsin qüvvədə olduğunu qeyd edir. Ancaq bildirir ki, Azərbaycan neft gəlirləri hesabına milyardlarla dollarlıq silah almağa başlayıb və Ermənistanın işğalı altında olan ərazilərini hərbi yolla geri qaytarmaq əzmində olduğunu bildirir.
«Kövrək atəşkəs ötən ilin aprelində qəfil alovlanan hərbi əməliyyatlara keçdi və dörd gün davam edən döyüşlərdən sonra Rusiyanın müdaxiləsi ilə dayandırıldı. Həmin vaxtdan bu yana təmas xəttində gərginlik azalmayıb, daha da artıb», - müəllif yazır.
Məqalədə Fransa prezidenti Fransua Ollandın münaqişə ilə bağlı son vasitəçilik səylərinə də toxunulur. Bildirilir ki, Ermənistan prezidenti Serj Sərkisyan Fransada səfərdə olarkən Parisi, Moskvanı və Vaşinqtonu «Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə» çağırmışdı. «Ermənistan hiss edir ki, müasir silahlarla silahlanmış Azərbaycan 20-ci əsrin sonlarında itirdiyi ərazilərini geri qaytarmağa hazırlaşır. Rusiya Ermənistanla hərbi sahədə sıx bağlıdır, onun ərazisində hərbi baza saxlayır, regiondakı rus komandirləri deyir ki, Azərbaycan Qarabağı geri almaq istəsə onlar ermənilərə kömək edəcəklər», - Todd Vud yazır.
Müəllif Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətlərinə diqqəti yönəldir, bildirir ki, Türkiyə ilə Rusiya arasında Ankaranın rus təyyarəsini vurmasından sonra yaranmış böhran hazırda aradan qalxıb. Çünki hər iki tərəfin bir-birinə ehtiyacı var. Lakin aydındır ki, Qarabağ məsələsində Türkiyə və Rusiya müxtəlif tərəfləri dəstəkləyir. Türkiyə NATO-nun üzvüdür. «Əgər Qarabağda münaqişə yenidən alovlansa və Azərbaycan ərazilərin daha bir qismini geri alsa, Rusiya da buna hərbi yolla cavab versə necə olacaq? Ərdoğan buna necə reaksiya verəcək?», - müəllif sual edir.
«Bu münaqişənin alovlanması dünyanın qalan hissəsini də müharibəyə cəlb edə bilərmi? Keçmiş sovet respublikalarının ərazisindəki «dondurulmuş» münaqişələr Ukraynadan tutmuş Cənubi Osetiyaya, Qafqaza qədər hələ də dağıdıcı imkanlarını saxlayır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməlidir ki, onun nəzarətdən çıxmasına imkan verilməsin», - bloqqer bildirir.