
«Telman İsmayılov razılaşmadı»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
«Hoteli tam satmaq istəmir, amma işlətməyə də pulu yoxdur»
Lujkov: «Telmana demişdim, bu bazarı bağla...»
Rusiyalı oliqarxların başı dərddə, ABŞ-ın da öldürücü sanksiyaları gəlir
«AST Telman« siyasi sığınacaq əvəzində kompromat təklif etdi
Telman İsmayılovu Daşkənddə görüblər
Telman İsmayılov məşhur müğənnini öldürmək istəyirmiş?
Rusiyanın xarici kəşfiyyat şefinə Azərbaycan şərabı?!
Vəkil: «Onu heç kim heç yerə çağırmayıb»
Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Beynəlxalq axtarışa verilən Telman İsmayılov harada gizlənir?..
Lujkov: «Telman İsmayılov adam öldürən deyil»
Müflis azərbaycanlı oliqarxın əmlakı hərraca çıxarılır...
Telman İsmayılovun daha bir şirkəti bankrot oldu
Telman İsmayılovun oğlu arvadını öldürmək istəyib
15 illik dostundan «AST-Telman»a arxadan zərbə
«AST Telman»ı ələ verilməsi sabiq vitse-premyerin başı dərddə saldı
Telman İsmayılovun işçiləri maaş ala bilmir
Bu gün rusiyalı aradırmaçı jurnalist Andrey Karaulov azərbaycanlı oliqax-keçmiş milyarder Telman İsmayılovun borcları və onun müflis elan edilməsi ətrafında apardığı araşdırmanın ikinci hissəsini yayacaq.
Virtualaz.org xəbər verir ki, bu barədə Karaulovun «Moment istinı» («Həqiqət anı») müəllif proqramının saytında anons verilib. Karaulovun T.İsmayılovun müdafiəsinə yönəlmiş «Ov» sənədli filinin birinci hissəsi bir neçə həftə əvvəl efirə getmişdi. İndi o, «Ov-2»nin anonsunu verib.
Anonsda deyilir ki, «sensasion» sənədli filmdə Telman İsmayılovun biznesinin «VTB Bank» tərəfindən «misli görünməmiş şəkildə reyder üsulu ilə ələ keçirilməsindən» bəhs ediləcək.
«Biz bu unikal əhvalatın yeni təfərrüatları barədə danışacağıq, ölkənin iri və hörmətli bankının necə ölkənin baş reyderinə çevrilməsindən bəhs edəcəyik. Bizim birinci araşdırmamız bankın rəhbərliyi tərəfindən birmənalı qarşılanmadı, indi Telman İsmayılovun şirkətlər qrupunu yeni cinayət işləri ilə hədələyirlər. Bu bespredeldə VTB-nin idarə heyətinin sədri Kostin Andrey Leonoviç hansı rol oynayır?» - Karaulovun anonsunda bildirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl məhkəmə Telman İsmayılovun müflis elan edilməsi barədə qərar çıxarıb. Nəticədə onun milyardlarla dollarlıq kredit borcuna görə banklarda girov qoyulan əmlakının hərrac yolu ilə satılmasının yolu açılıb. T.İsmayılovun o cümlədən «VTB Bank»a yüz milyonlarla dollar kredit borcu var. Onun bankla kreditlərin ödənilməsinin vaxtının uzadılması barədə danışıqları nəticəsiz qalıb.