vaxtlı-vaxtında oxuyun! Bazar, 2 noyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
AMEA-dan yeni layihə 12:20 | 24 mart 2017 | Cümə Məqaləyə 2866 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMEA-dan yeni layihə

Azərbaycanda ilk virtual laboratoriya yaradılır

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu elmi tədqiqatların aparılması üçün virtual laboratoriyanın yaradılması üzrə təcrübi iş aparır. Bu barədə «Trend»ə layihəyə yaxın mənbə deyib.

Onun sözlərinə görə, institutun virtual laboratoriyanın istismara verilməsi üzrə planı aprelin əvvəlində açıqlanacaq. Laboratoriya beynəlxalq sertifikat alındıqdan sonra istifadəyə veriləcək.

Virtual laboratoriyanın istismara verilməsi üçün Geologiya və Geofizika, eləcə də Neft və Qaz və Radiasiya Problemləri institutlarına əsaslanan zəruri avadanlıqlar installyasiya olunub.

Laboratiyanın imkanlarından AMEA-nın institut və struktur bölmələrinin elmi əməkdaşları, həmçinin ölkənin elmi tədqiqat və təcrübələr aparan ali təhsil müəssisələri yararlana biləcəklər.

Virtual laboratoriya hesablama gücləri və mərkəzləşdirilmiş idarəetmədən səmərəli istifadə məqsədilə yaradılır.