Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:07 | 1 aprel 2017 | Şənbə
Məqaləyə 2464 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Oman körfəzində gərginlik
Türkiyədə ötən il iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin «1 nömrəli»si hesab edilən ordu generalı, Yüksək Hərbi Şuranın üzvü olmuş Akın Öztürkün həmin ərəfədə apardığı telefon danışıqları açıqlanıb.
Virtualaz.org xəbər verir ki, bu telefon danışıqlarına dair dəlillər Ankara Cümhuriyyət Prokurorluğunun general Öztürk barədə hazırladığı ittiham aktına daxil edilib. Belə məlum olur ki, hərbi çevriliş cəhdinin başında dayanan «1 nömrəli fiqur» hesab edilən general Öztürk həmin ərəfəsində Azərbaycandakı şəxslərlə də telefon danışıqları, yazışmalar aparıb. Bu haqda «Hürriyet»in məqaləsində deyilir.
Türkiyə rəhbərliyi həmin hərbi çevriliş cəhdinin fətullahçı terror təşkilatı FETÖ tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini bildirir. Bu çevriliş cəhdinə görə minlərlə hərbçi, o cümlədən onlarla general həbs olunub. Onların bir qisminin işi üzrə məhkəmə başlayıb, yaxud istintaq tamamlanıb.
General Akın Öztürkün kürəkəni, polkovnik Hakan Karakuş qiyamçıların əsas bazası olan Akıncı Hava Bazasının komandanı olub. F-16 təyyarələri həmin bazadan qalxaraq çevrilişə qarşı çıxanları və hökumət binalarını bombalamışdı. İstintaq müəyyən edib ki, general Öztürk iyulun 13-dən 16-na, yəni həbs olunana qədər Karakuşla və Akıncı bazasının digər zabitləri ilə dəfələrə telefonla danışıb. Habelə məlum olub ki, hərbi qiyam ərəfəsində Öztürk Böyük Britaniya, İrlandiya, İtaliya, Cənubi Koreya, Belçika və Azərbaycanda istifadə olunan mobil telefon nömrələri ilə dəfələrlə zəngləşib, yazışmalar aparıb.
Xatırladaq ki, Türkiyədə ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi çevriliş cəhdinin əsas fiqurantlarından biri hesab olunan AKP başqan yardımçısı Şaban Dişlinin qardaşı, silahlı qüvvələrin Baş qərargahının Strateji Planlaşdırma idarəsinin rəisi olmuş general Mehmet Dişlinin oğlu həmin dövrdə Bakıdakı türk səfirliyində işləyib. Lakin generalın oğlu daha sonra naməlum istiqamətə qaçıb.
İstintaq materiallarında deyildiyinə görə, hərbi çevrilişin uğurla nəticələnəcəyi halda hakimiyyəti ələ keçirəcək Yurtda Sülh Şurasının üzvü olan general Mehmet Dişlinin Türkiyənin Bakıdakı səfirliyində ikinci katib işləyən oğlu Mehmet Beyazit Dişli əvvəlcə «FETÖ mənsubu» kimi vəzifəsindən azad olunub. Ardınca Türkiyə XİN onu geri çağırıb. Lakin diplomat bu tələbə əməl etməyib və Bakını tərk edərək üçüncü ölkəyə qaçıb. Türkiyəyə geri dönməkdən imtina edən Dişli ötən ilin sentyabrında diplomatik xidmətdən xaric olunub.