Alyaska səmasında hərbi fəallıq artır
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
13:14 | 20 aprel 2017 | Cümə axşamı
Məqaləyə 1646 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
Ağ Ev müxbirləri şam yeməyində silahlı insident baş verdi
Prezident Donald Tramp tərəfindən ABŞ Dövlət Departamentinin büdcəsinin ixtisar olunmasına dair təkliflər Birləşmiş Ştatların dünyada, xüsusən Avrasiya regionunda üzləşdiyi çoxsaylı problemlərin öhdəsindən gəlməsini çətinləşdirəcək. Büdcəsi ixtisar olunan Dövlət Departamenti ABŞ-ın böyük ölçüdə rəhbərliyinə ehtiyac olan regionda xarici siyasəti ən maksimum fayda əldə etmək üçün necə qurmaqda çətinlik çəkəcək. Bu baxımdan Birləşmiş Ştatlar diqqəti Azərbaycanla münasibətlərə yönəltsəydi müdrik qərar vermiş olardı.
Virtualaz.org xəbər verir ki, bu fikirlər ABŞ-ın «The Diplomatic Courier» nəşrində dərc edilmiş məqalədəndir. Məqalənin müəllifi Avrasiya və Şərqi Avropa üzrə gənc xarici siyasət mütəxəssislərinin mərkəzinin (Eurasia & Eastern Europe Fellow at Young Professionals in Foreign Policy - YPFP) elmi əməkdaşı, müqavilə əsasında Pentaqonla əməkdaşlıq edən Daniel Urçikdir.
Müəllifə görə Birləşmiş Ştatlar Azərbaycanla münasibətləri nəinki davam etdirməlidir, eyni zamanda diplomatik, iqtisadi və təhlükəsizlik sferalarında münasibətləri möhkəmləndirməli, ABŞ-ın regiondakı təsirini genişləndirməlidir. Diqqəti Azərbaycana yönəltməyin səbəbləri isə çoxdur: Rusiyanın ambisiyalarına qarşı duruş gətirməkdən tutmuş İrana birbaşa və ya dolayısı təsirə, energetika təhlükəsizliyindən başlamış Türkiyə və İsraillə münasibətləri yaxşılaşdırmağa qədər. Daniel Urçik belə hesab edir.
Müəllif qeyd edir ki, Azərbaycanla Rusiyanın dəstəklədiyi Ermənistan arasında Qarabağa görə yaranmış münaqişənin getdikcə gərginləşməsi Moskvanın «dondurulmuş münaqişələrdən» yaxın xaricdə öz nüfuzunu təmin etmək üçün necə yararlandığını göstərir. Məqalədə deyilir ki, belə vəziyyətdə ABŞ Azərbaycana təhlükəsizlik və iqtisadi sahədə dəstəyi artırmaqla Rusiyanı regional hərbi balansı saxlamaq üçün öz resurslarını xərcləməyə məcbur edə bilər.
«ABŞ-ın Azərbaycana dəstəyi artırması digər Avrasiya ölkələrinə də mesaj olacaq ki, Birləşmiş Ştatlar Rusiyanın yaxın xaricində yerləşib onun təzyiqləri ilə üzləşən digər ölkələr qarşısında da öhdəliklərinə sadiq qalır», - amerikalı gənc xarici siyasət mütəxəssisi öz fikirlərini əsaslandırır.
«Rusiya ənənəvi olaraq Ermənistanı dəstəkləyir. Lakin bu yaxınlarda iqtisadi baxımdan cəlbedici Azərbaycanla da münasibətlərini balanslaşdırmaq səyləri göstərib. Hərçənd Rusiya ilə dostluq münasibətlərində əhəmiyyətli irəliləyiş az ehtimal olunandır, Birləşmiş Ştatlar hər şeyə rəğmən Azərbaycanın Rusiyanın siyasi orbitinə sıçramasına dair istənilən imkanı istisna edə bilər. Hətta xarici siyasət büdcəsinin məhdudlaşdırıldığı bir vaxtda Azərbaycanla dostluğu qiymətləndirdiyini nümayiş etdirməklə», - müəllif bildirir.
Gənc diplomat təklif edir ki, Birləşmiş Ştatların indiki administrasiyasə Azərbaycanın iqtisadi inkişafına dəstək verməlidir və təhlükəsizlik sahəsində əlavə yardım göstərməlidir. Müəllif Azərbaycanın əsl dostluq münasibətlərində olduğu İsrailin də ABŞ-ın bu dəstəyini qiymətləndirəcəyini, bunun Vaşinqtonla Təl-Əviv arasında əvvəllər soyumuş münasibətlərin bərpasına xidmət edəcəyini iddia edir. Onun fikrincə ABŞ Azərbaycana İsraildən «Dəmir günbəz» raketdən müdafiə sistemi və «Harop» pilotsuz zərbə aparatlarının yeni partiyasını almaq üçün maliyyə dəstəyi göstərə bilər.
«Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə diqqəti artırmaqla Birləşmiş Ştatlar Dövlət Departamentinin məhdud büdcəsindən maksimum fayda əldə edə bilər. Azərbaycan Rusiyaya qarşı dolayısı ilə əks fəaliyyət göstərmək, İrana təzyiq etmək üçün yaxın xaricdə yerləşən mühüm partnyordur», - Daniel Urçik yazır.