
Eynəyi gözündə, şortiki əynində ...
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Sergey Lavrov geyimi ilə narkomaniyanı təbliğ edir?
Rusiya baş diplomatının qovluğunda gizlətdiyi sənədlərin məzmunu
Rusiya – Azərbaycan münasibətlərində nə baş verir?
Zaxarova azərbaycanlı jurnalistə “Rusiyanın həmsədrliyinin buna nə dəxli var?!”
Əflatun Amaşov: “Mənə elə gəlir ki, Zaxarova özü ayrıca anti-Azərbaycan adasıdır”
Avropa Məhkəməsi girovlarla bağlı məsələyə baxacaq
Rusiya XİN-in keçmiş müavini: «Bəlkə heç kimin ağlına da gəlməyib ki, Azərbaycan etiraz edə bilər»
Səfirin vəzifəsi və Smolensk meydanındakı idarənin rəhbərinin «kozırev» çələngi
Tofiq Abbasov: «Dövlətlər bəzi hallarda səfirləri vasitəsilə digər ölkələrə münasibətlərini ifadə edirlər»
Doroxini əvəz edəcək səfirə Bakının etimadsızlıq göstərməsi Moskvanı yeni diplomat axtarışına məcbur edib
Azərbaycan Rusiyanın yeni səfirinin namizədliyini qəbul etmədi
«Təmas xəttindən erməni ailələrinə hər gün əsgər meyiti göndərilməlidir»
4 nəfər Beynəlxalq Qırmızı Xaç Komitəsinin təyyarəsi ilə vətənə döndü
Kəlbəcər girovunu İrəvanda pakistanlı həkim müalicə edir
Dilqəm Əsgərovun oğlu: «Kimin kim olduğunu indi daha yaxşı bilirəm»
Düşmən əsirliyində olan Şahbaz Quliyevin vəziyyəti ağırlaşdı
Rusiya Xarici İşlər Nazirliyi (XİN) virtualaz.org-un bu ölkənin vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görməsi ilə bağlı sorğusunu cavablandırıb.
Rusiya XİN-dən verilən məlumata görə, nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Artyom Kojin «Lapşinin ətrafında yaranan vəziyyət fonunda dəfələrlə bildirilib ki, Rusiya XİN məsələni nəzarətdə saxlayır və onun hüquqlarının qorunması üçün əlindən gələni edir. Bu səbəbdən bilmək istərdik ki, Rusiya XİN qondarma «DQR» məhkəməsi tərəfindən 2014-cü ilin dekabrında ömürlük həbs cəzası verilən vətəndaşı Dilqəm Əsgərovun müdafiəsi üçün hansı tədbirlər görür?« sualına cavabında bildirib ki, onlar virtualaz.org-un Rusiya vətəndaşlarına qarşı qayğısından çox məmnundurlar: «Rusiya XİN davamlı olaraq milliyyətindən asılı olmayaraq bütün rusiyalıların qanuni maraqlarını müdafiə edib».
Sorğuda qeyd olunub ki, münaqişəyə görə Rusiya vətəndaşlarına Dağlıq Qarabağ zonasına səfər etməmək tövsiyə olunur: «Adıçəkilən tövsiyə nazirliyin saytında yerləşdirilib. O ki qaldı Dilqəm Əsgərova, o Lapşin kimi həmin tövsiyəyə əməl etməyib».
Kojinin adından yayılmış cavabda, həmçinin, vurğulanıb ki, Rusiya dövlət orqanları ölkə xaricində vətəndaşlarının hərəkətlərini tam izləyə bilməz.
Məlumatda «bu hadisədə müəmmalı amillər mövcud olduğu» qeyd edilib, «rəsmi Bakının Rusiya vətəndaşının münaqişə zonasına səfər etməsindən xəbərdar olub, olmadığı» ilə bağlı məlumatsızlıq ifadə olunub: «Hər halda onun şəxsiyyət vəsiqəsinin surətini biz məhz Azərbaycan hökumətindən almışıq».
Kojinin «Dilqəm Əsgərovun Rusiya XİN-in tövsiyələrinə əməl etməməyə vadar edilmədiyini bilmədiyini» də qeyd edib.