vaxtlı-vaxtında oxuyun! Cümə, 1 may 2026
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
Azərbaycanlılar hücum etdi... 11:30 | 4 may 2017 | Cümə axşamı Məqaləyə 1203 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanlılar hücum etdi...

...Amerika Erməni Assambleyası tələsik FTB-yə şikayətə qaçdı

Azərbaycanlı hakerlər ABŞ-dakı güclü erməni diaspor təşkilatı olan Amerika Erməni Assambleyasının saytına hücum edərək dağıdıb, orada Xocalı soyqırımı ilə bağlı materiallar yerləşdirib.

Virtualaz.org xəbər verir ki, bu haqda ABŞ-da nəşr edilən erməni qəzeti «Massis Post» yazır. Hücumu «Anti-Armenian Team» haker qrupuna daxil olan və özlərini «The Conficker» adlandıran qrup həyata keçirib. Təşkilat sayta nəzarəti bərpa etmək üçün xeyli səy göstərməli olub.

Hücumdan dərhal sonra Amerika Erməni Assambleyası təcili olaraq Federal Təhqiqatlar Bürosuna şikayət edib vəkiberhücumla bağlı araşdırılma aparılmasını, hücumu həyata keçirən Azərbaycan vətəndaşlarının müəyyən edilməsini istəyib. Təşkilat bildirib ki, bundan əvvəl azərbaycanlı hakerlər «genosid məsələlərini» araşdıran qeyri-siyasi instituta-Erməni Milli İnstitutuna da hücum ediblər. Bu institut Amerika Erməni Assambleyasının himayəsində çalışır.