vaxtlı-vaxtında oxuyun! Şənbə, 13 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
GÜNDƏM  
«Yeni səhifə aça bilərlər» 11:32 | 11 may 2017 | Cümə axşamı Məqaləyə 644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yeni səhifə aça bilərlər»

ABŞ prezidenti Azərbaycan kimi etibarlı müttəfiqi qiymətləndirməlidir

«ABŞ prezidenti Donald Tramp Azərbaycan kimi etibarlı müttəfiqin olması faktını qiymətləndirməli və Azərbaycanı dəstəkləməlidir». Bunu «Caspian Group Holdings»in icraçı direktoru Rob Sübhani «Washington Times»da nəşr olunan məqaləsində yazıb.

O qeyd edib ki, Azərbaycan torpaqlarının bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal olunub və işğal faktı hələ də davam edir. Müəllif vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev dondurulmuş münaqişələrin sülh yolu ilə həllini istəyir və Azərbaycan torpaqlarının 20 faizini işğal edənlərin təmsilçisi olduqlara xalqa qarşı nifrət təbliğ etmir.

Müəllifin sözlərinə görə, Azərbaycan Prezidentinin münaqişəsini sülh yolu ilə həll etmək istəyi Donald Tramp administrasiyasına Moskva ilə əməkdaşlıq etmək və regiona hər iki tərəf üçün faydalı olacaq sülh gətirilməsi üçün yol açır.

«Prezident Tramp Pensilvaniya avenyu, 1600 ünvanındakı ofisindən bayıra baxanda təbii ki, Azərbaycanı görmür. Amma o, aradakı uzun məsafəyə baxmayaraq, Birləşmiş Ştatların müttəfiqi olan ölkəni qiymətləndirməli və onu dəstəkləməlidir. Məsələn, Prezident Tramp öz minnətdarlığını Prezident Əliyevi Ağ Evə dəvət edərək bildirə bilər.

Burada onlar ABŞ-ın böyük Yaxın Şərqdə ən etibarlı müttəfiqlərindən biri ilə əlaqələrində yeni səhifə aça bilərlər», - deyə məqalədə bildirilib.