vaxtlı-vaxtında oxuyun! Şənbə, 13 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
«Yaxın bir neçə ayda ...» 15:31 | 14 may 2017 | Bazar Məqaləyə 1420 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Yaxın bir neçə ayda ...»

Ərdoğan Çində Bakı-Tbilisi-Qars dəmir yolu haqda danışdı

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi yaxın bir neçə ayda fəaliyyətə başlayacaq və bununla da İpək yolunun mühüm bir hissəsi tamamlanmış olacaq.

AzərTAc xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çin Xalq Respublikasının (ÇXR) paytaxtı Pekində «Bir kəmər- bir yol» strategiyası çərçivəsində yüksək səviyyəli beynəlxalq forumda çıxışında deyib.

O qeyd edib ki, İpək yolunun bir hissəsi olan Orta Dəhliz layihəsi Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Əfqanıstan və Pakistanı əhatə etməklə Çində başa çatacaq ticarət yoludur. Dünyada 60-dan çox ölkədən keçən Yeni İpək yolu 40 milyon kvadratkilometrə yaxın ərazini və 4,5 milyard insanı əhatə edən çox önəmli bir layihədir.

Çin Xalq Respublikasının sədri Si Cinpin isə çıxışında müvafiq layihələrə 79 milyard dollar maliyyə yardımı ediləcəyini bildirib. O, İpək Yolunun Asiya, Afrika və Avropa qitələrindəki ölkələri bir-birinə bağladığını, bununla da beynəlxalq iqtisadi və mədəni əlaqəni təmin etdiyini vurğulayıb.

Qeyd edək ki, beynəlxalq forumda 29 ölkədən dövlət və hökumət başçıları, 110 ölkədən dövlət və özəl sektor nümayəndələri, sərmayədarlar, 60-dan çox beynəlxalq təşkilatın nümayəndəsi iştirak edir.