vaxtlı-vaxtında oxuyun! Bazar, 18 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
TOP OYUNLARI  
Həndbolçularımız «Bakı-2017»nin çempionu oldu 20:42 | 14 may 2017 | Bazar Məqaləyə 1834 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Həndbolçularımız «Bakı-2017»nin çempionu oldu

Qızlarımız Türkiyə yığmasını 2 top fərqilə üstələdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Mayın 14-də qadın həndbolçuların yarışının finalında qalib gələn Azərbaycan yığması «Bakı-2017» IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Həndbolçu qızlarımız həlledici qarşılaşmada Türkiyə yığmasını məğlub ediblər - 28:26.

Sürətli və qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində həndbolçularımız əldə etdikləri üstünlüyü qoruyub saxlaya biliblər – 14:11. Həndbolçularımız matçın ikinci hissəsində fəallaşaraq oyunda dönüş yaratmağa çalışan Türkiyə millisinin müqavimətini son dəqiqələrdə qırmağı bacararaq 28:26 hesabı ilə qələbə qazanıblar. Bununla da Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanıb.