vaxtlı-vaxtında oxuyun! Bazar, 31 may 2020
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
CƏMİYYƏT  
14:52 | 21 iyul 2017 | Cümə Məqaləyə 1638 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«110 km/saat çox da yüksək sürət deyil»

Yollarımızda sürət həddi artırılmalıdır, yoxsa azaldılmalı?

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Mənzil başına tez çatmaq üçün bəzi sürücülər avtomobili yüksək sürətlə idarə edir. Sürət məsafəni qısa zaman kəsiyində başa vurmağa kömək etsə də, bir çox təhlükələrə də səbəb olur. Ancaq bəzən sürücülər yollarda sürət həddinin aşağı olmasından şikayət edir, sürətin artırılmasını tələb edirlər. Bəs görəsən sürət həddi nə zaman artırıla bilər? Yollarımız sürət həddinin artırılmasına imkan verirmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki  Kamran Əliyevin sözlərinə görə, sürət həddinin hansısa ərazidə artırılması və yaxud da endirilməsi yalnız Nazirlər Kabinetinin Yol Hərəkətində Təhlükəsizlik Komissiyasının qərarı əsasında həyata keçirilir. 

«Sözsüz ki, istənilən ərazidə müəyyən olunmuş sürət o ərazidə təhlükəsizliyin təmin edilməsi şərti ilə müəyyənləşir. Hansısa yolda şərait varsa, təhlükəsizdirsə o zaman sürəti artırmaq olar. Hazırda ölkə ərazisində təhlükəsizliyi təmin olunmuş yollarda sürət həddi kifayət qədər yüksəkdir. Minik avtomobilləri üçün 110 km/saat, yük avtomobilləri üçünsə 70 km/saat nəzərdə tutulub. O yollar avtomagistral deyillər, avtomagistral olmasına baxmayaraq şərait imkan verir ki, həmin ərazilərdə sürət həddi yüksəldilsin. Bakı-Qazax yolunun  Bakıdan Gəncəyə qədər hissəsində əksər yerlərdə minik avtomobillərinin sürəti 110 km/saat-dır. Bu da insanların yollarda ləngiməmələri, ünvana tez çatmaları üçün atılan addımdır. Sözsüz ki, həmin yollarda da yaşayış məntəqəsi yerləşirsə, hansısa bir təhlükəli olan ərazi varsa, orada sürət həddi 90 km/saat-a, yaşayış məntəqələrində isə 60 km/saat-a endirilir.

Bu gün hansısa ərazidə sürət həddinin yüksəldilməsi və ya endirilməsi üçün həmin ərazinin sakinlərindən, sürücülərdən və yol polisi əməkdaşlarından müraciət olduğu halda araşdırma aparılır. Əgər yol sürət həddinin artırılmasına uyğundursa, əlavə təhlükəsizlik tədbirləri görülməklə sürət həddi artırıla bilər».

Kamran Əliyev deyib ki, sürücü avtomobili diqqətli idarə edərsə, 110 km/saat çox da yüksək sürət deyil.

«Təbii ki, sürücü sürətin çox olmasının özü üçün təhlükə yaratdığını hiss edirsə, o sürətlə nəqliyyat vasitəsini idarə etməyə hazır deyilsə, 110 km/saatla idarə etməyə məcbur deyil. Əgər sürücü aşağı sürətlə avtomobil idarə edirsə, başqalarına maneçilik yaratmamaq üçün yolun sağ hissəsi ilə hərəkətini davam etdirməlidir. Yüksək sürətlə hərəkət edən sürücülər bunu nəzərə almalıdır ki, onlar həm özləri, həm də digər yol iştirakçıları üçün təhlükə yarada bilərlər».

Hüquqşünas Ərşad Hüseynov bildirib ki, Azərbaycan yollarında sürət həddini azaltmaq lazımdır, atırmaq yox.

«Hal-hazırda Azərbaycanın bəzi yollarında qanunsuz olaraq təhlükəli sürət həddi müəyyən olunub. Həmin sürət həddi azaldılmalıdır. Sürətin artırılmasından söz gedə bilməz. Azərbaycanda ən yüksək sürət -120 km/saat-aeroport yolundadır. Amma nə o yol 120km/saatlıq yoldur, nə də o yolda avtomobil idarə edənlər 120 km/saat ilə idarə etməyi bacarırlar. Ən çox qəzalar yüksək sürət səbəbindən baş verir. Yollarımızın bəzilərində təhlükəsizlik tədbirləri nəzərə alınmadan yüksək sürətlər qoyulub, onlar azaldılmalı və optimallaşdırılmalıdır».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *