vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 20 noyabr 2017
ABŞ dolları 1 USD = 1.7002 AZN
Avro 1 EUR = 2.0070 AZN
Rusiya rublu 1 RUB = 0.0285 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.2488 AZN
Türk lirəsi 1 TRY = 0.4410 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
GÜNDƏM  
07:48 | 28 iyul 2017 | Cümə Məqaləyə 128 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yunuslar Avropada oliqarx oldular

Dilənçi hüquq müdafiəçiliyindən milyonçuluğa

MÖVZU İLƏ ƏLAQƏLİ

Müxalifət fəalı, Çexiyada yaşayan siyasi mühacir Zamiq Məmmədli Rusiya aktivisti Aleksey Navalnı ilə müqayisə edilə bilər. Amma Navalnıdan fərqli olaraq Məmmədli hökumətdəki yox, belə demək mümkünsə, «hüquq müdafiəsi müxalifətindəki» oliqarxları ifşa edir.

Məlum olub ki, Azərbaycanı tərk etmiş və yayılan məlumatlara əsasən, onlarla bank kartına malik olan, «hüquq müdafiəçisi» adlandırılan ailə cütlüyü - Leyla və Arif Yunuslar Avropada özlərinə çox yaxşı güzəran qurublar.

Virtualaz.org-un xəbərinə görə, Z.Məmmədli bildirib ki, onlar artıq Amsterdamda, Antalyada və Praqada istirahət etməyə vaxt tapıblar. Hətta Praqada Bechlinska 705/4, Praha 9 ünvanında iki mənzil almağı da bacarıblar.

Z.Məmmədli özü Praqada 12 ildir yaşayır, ancaq kirayə tutduğu mənzildə. «Təhdid olunan» hüquq müdafiəçiləri isə «qəfildən» orada özləri üçün ev əldə ediblər, özü də birini yox...

Yeri gəlmişkən, bundan əvvəl Z.Məmmədli digər fəal Emin Millini Azərbaycanın milli maraqlarına xəyanətdə ittiham etmişdi. Bu, «Meydan TV»nin rəhbəri Emin Millinin Avropa Parlamentində erməni yönümlü deputatlarla birlikdə çıxış edəndə olmuşdu...


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *