vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 sentyabr 2017
ABŞ dolları 1 USD = 1.7007 AZN
Avro 1 EUR = 2.0368 AZN
Rusiya rublu 1 RUB = 0.0293 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3022 AZN
Türk lirəsi 1 TRY = 0.4878 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
ANALİZ  
13:29 | 21 yanvar 2014 | Çərşənbə axşamı Məqaləyə 1925 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Səfərin pərdəarxası...

Şeyxin Aşqabada apardığı çantasında 1 orden və 5 şərt olub

Elxan ŞAHİNOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Atlas» Araşdırmalar Mərkəzi QMİ sədri Allahşükür Paşazadənin Türkmənistan səfərinin yekunları ilə bağlı analitik məqalə hazırlayıb. Həmin yazını Sizə təqdim edirik:

Ötən həftə Azərbaycan prezidenti Brüsselə, müdafiə naziri Parisə gedərkən, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Hacı Allahşükür Paşazadənin Türkmənistana səfəri də əhəmiyyətli idi. Çünki, Azərbaycanın Türkmənistanla münasibətlərini inkişaf etdirməyə ehtiyacı var. Azərbaycanla Türkmənistan arasındakı yaxşı münasibətlər Qərbin də maraqlarına cavab verir. Bu münasibətlərin inkişafından ehtiyat edən iki ölkə var: Rusiya və İran. 
1990-cı illərdə Türkmənistanla Azərbaycan arasında münasibətlər gərgin olub. Bunun əsas səbəbi Türkmənistanın Azərbaycanın Xəzər dənizindəki yataqlara iddia etməsiydi. Qurbanqulu Berdımuhammedov Türkmənistan prezidenti seçildikdən sonra isə Aşqabad-Bakı münasibətlərində nisbətən yumşalma qeydə alındı. Türkmənistan prezidenti 2008-c ildə Bakıya rəsmi səfər etdi. Bu səfər çərçivəsində iki ölkə arasında Xəzərin statusu məsələsinə və mübahisəli «Kəpəz» yatağına aydınlıq gətirilməsə də, hər halda h
ər iki tərəf bir-birlərinin mövqelərinin əleyhinə addım atmayacaqlarını qərarlaşdırdılar. Ancaq 2012-ci ilin iyul ayında iki ölkə arasında münasibətlər yenidən gərginləşdi. Aşqabad Azərbaycanı beynəlxalq məhkəməyə verəcəyi ilə hədələdi.  Doğrudur, Aşqabad sadəcə bu xəbərdarlıqla kifayətləndi, ancaq son iki ildə münasibətlərdə istiləşmə qeydə alınmadı. Ona görə də Allahşükür Paşazadənin qəfil Aşqabada səfər etməsi «münasibətlər normallaşa bilərmi» sualını yenidən gündəmə gətirdi. 
Bakı Aşqabadla münasibətlərin normallaşmasında maraqlıdır. Nə Bakı, nə də Qərb Aşqabadın Moskva və Tehranın əlində alət olmasını istəmir. Ona görə də, hazırda ən vacib məsələ Türkmənistanı Azərbaycanla və Azərbaycan üzərindən Qərblə əməkdaşlığa sövq etməkdir. Aydındır ki, Allahşükür Paşazadə Aşqabada İlham Əliyevin təlimatıyla gedib. Azərbaycanla İran arasında münasibətlər gərginləşəndə də İlham Əliyev Allahşükür Paşazadənin diplomatik təcrübəsindən istifadə edir, onu Tehrana göndərir.  
Paşazadə Türkmənistan prezidentini Qafqaz Müsəlmanları İdarəsinin «Şeyxülislam» ordeni ilə təltif edib. Ən maraqlısı odur ki, Qurbanqulu Berdiməhəmmədov bu ordenə tarixi milli-mədəni ənənələrin, dini-mənəvi dəyərlərin qorunması işinə ali diqqət və qayğısına, Türkmənistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə dair xidmətlərinə görə layiq görülüb. Halbuki, reallıqda Türkmənistan prezidentinin bu istiqamətdə hələ elə bir xidməti yoxdur. 
Allahşükür Paşazadənin Türkmənistan prezidenti ilə görüşündə siyasi mövzular müzakirə olunmayıb. Bu indiki halda Bakıya heç lazım da deyil. Önəmli olan Aşqabadla yenidən təmasları bərpa etməkdir. Aşqabaddakı görüşdə daha çox xalqlar arasında mədəni və humanitar əlaqələrin genişləndirilməsindən danışılıb. Hələlik bu hər iki tərəf üçün kifayətdir. Elə İlham Əliyev də Türkiyəyə sonuncu səfəri zamanı ona verilən Türkmənistan-Azərbaycan münasibətləri haqqında suala belə cavab vermişdi ki, Türkmənistanla Azərbaycan arasındakı problemləri və sualları lap arxa cərgəyə çəkmək lazımdır. Bizim üçün əsas olan dilimiz, mədəniyyətimiz və dinimizdir.
Türkmənistan da Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Bunu Paşazadə ilə görüşdə Qurbanqulu Berdımuhammedovun bu sözləri də xəbər verir: «Türkmənistan konstruktiv əməkdaşlığın inkişafına və mehriban qonşuluq ənənələrinin artırılması istiqamətində bundan sonra da səylər göstərmək niyyətindədir». Bir faktı da nəzərə almaq lazımdır ki, Qurbanqulu Berdıməhəmmədov keçmiş Sovet Respublikalarından gələn hər bir nümayəndə heyətini qəbul etmir. Ancaq Paşazadə ilə görüş əvvəlcədən razılaşdırıldığından Qafqaz Müsəlmanları İdarəsinin başçısı yüksək səviyyədə qəbul olunub. 
Azərbaycan bölgənin aparıcı ölkəsinə çevrilir, bölgənin enerji resursları Azərbaycan üzərində Avropaya daşınır. TAP və TANAP boru xətlərinin çəkilişi Aşqabadın da diqqətini çəkib. Türkmənistan da öz qazını Azərbaycan üzərindən Avropaya daşınmasında, o cümlədən TAP və TANAP boru xətlərinə qoşulmaqda maraqlıdır. Bunun üçün Xəzərin dibi ilə 300 kilometrlik boru xətti çəkilməlidir. Maliyyə baxımından bu elə də problemli layihə deyil. Əsas problem Rusiya və İranın maneəsidir. Hər iki dövlət Xəzərin statusunun müəyyənləşməməsini və ekologiyasını bəhanə edərək, Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilişinə mane olurlar. Ancaq əgər Türkmənistan və Azərbaycan öz aralarında Xəzər dənizindəki sərhədlərini müəyyənləşdirərlərsə, Moskva və Tehran Aşqabadla Bakının ortaq qərarına mane ola bilməyəcəklər. 
Allahşükür Paşazadənin ardınca yaxın müddətdə İlham Əliyevin də Aşqabada səfəri reallaşa bilər. Bu məqsədlə artıq hazırlıq işlərinə başlanılıb. İlham Əliyevin Aşqabada səfərinin uğurlu alınması üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi vacibdir:

1. Xəzərin statusuyla bağlı Aşqabadla Bakının mövqeləri bir-birinə yaxınlaşmalıdır;
2. Xəzər dənizindəki mübahisəli «Kəpəz» yatağının birgə işlənməsi üçün razılaşma əldə olunmalıdır;
3. Xəzərin dibi ilə boru xəttinin çəkilməsi müzakirə predmetinə çevrilməli və gələcəkdə Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya daşınması reallaşmalıdır;
4. Azərbaycanla Türkmənistan arasındakı dialoqa ABŞ və Avropa Birliyinin siyasi və maliyyə dəstəyi artırılmalıdır;
5. Azərbaycandan daşınan Türkmənistan neftinin həcminin artırılması imkanları araşdırılmalıdır. (Qafqazinfo)

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *
 
 

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)