vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 23 aprel 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 2.0981 AZN
Rusiya rublu 1 RUB = 0.0279 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.3933 AZN
Türk lirəsi 1 TRY = 0.4202 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
15:30 | 13 dekabr 2017 | Çərşənbə Məqaləyə 670 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əzələli bədən, zərif üz

Qadınlar niyə kişilərdə bu görünüşü xoşlayırlar?

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, qadınlar, kişilərdə nəhəng əzələ axtarmadıqlarını deyirlərsə, deməli sizə qarşı sadəcə nəzakətli davranırlar.

160 qadının iştirakı ilə aparılmış yeni eksperiment qadınların bir qayda olaraq Herakl tipli kişi vücudlarına cəlb olunduqlarını göstərib.

Avstraliyadakı «Queensland» ştatının «Griffith» Universitetindən baş mühazirəçi Aron Sell (Aaron Sell) deyir ki, nəticə alimləri təəccübləndirməyib, onları təəccübləndirən fiziki baxımdan güclü kişilərin cazibə qüvvəsinin bu qədər çox olması olub.

«Biz bir qadın da tapmadıq ki, zəif, qadın vücudlu kişilərdən xoşlansın», - professor deyir.

Bundan əvvəl aparılmış araşdırmalardan belə çıxırdı ki, fiziki güc ilkin mərhələlərdə cazibədar olsa da, getdikcə bu cazibəni başqa faktorlara uduzur. Lakin indi belə baxışın yanlış olduğu üzə çıxıb.

Kaliforniya Dövlət Universitetinin təkamül psixoloqu Aron Lukazveski (Aaron Lukazsweski) deyir ki, belə yanaşma tamamilə başa düşüləndir. Hələ qədim zamanlardan güclü kişilər ovçuluqda, uşaqlarını qorumaqda və daha çox qida gətirməkdə başqalarından üstün idi və bu, ailənin salamat qalması üçün mühüm faktor sayılırdı.

Bununla yanaşı, «Proceedings B» elmi jurnalında dərc edilmiş məqalədə deyilir ki, güclü kişilər çox maddi nemətlər əldə edə bilsələr də, bunu ailəyə tam investisiya etməkdə daha zəif kişilərdən geri qalırlar.

Lukazveski deyir ki, güclü kişilərin cazibədarlığını isbat edə bilməyən bütün əvvəlki araşdırmalarda sadə bir səhvə yol verilib. İştirakçı qadınlara real fotoları yox, rəssam tərəfindən çəkilmiş şəkilləri göstəriblər.

Son araşdırmada 160 qadına kişi bədənlərinin fotoları göstərilib, lakin bu fotolarda baş hissə görünmürdü. Fotoların bir qismində universitet tələbələrinin, digər qismində isə idmanla məşğul olan kişilərin bədənləri görünürdü.

Qadınların əksəriyyəti əzələli bədənləri bəyəndiklərini bildirib.

Burası da maraqlıdır ki, bəzi idmançı bədənləri normal çəkisindən artıq görünsə də, qadınlar tərəfindən bəyənilib.

Lukazveskinin fikrincə, bu o deməkdir ki, güclü kişi bir azca gombul olsa da, cəlbedicidir.

İndi alimlər qrupu diqqəti başqa ziddiyyətə yönəltmək istəyir. Güclü kişi bədənlərinə üstünlük verən qadınlar, görəsən niyə üzdən qadına oxşayan kişilərə üstünlük verirlər. Bax bu, doğrudan da maraqlı ziddiyyətdir.

«Belə görünür ki, qadınlar sifətləri fərqli şəkildə təhlil edirlər, - Sell deyir, - Biz bunun niyəsini öyrənmək istəyirik».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *