vaxtlı-vaxtında oxuyun! Bazar, 19 avqust 2018
ABŞ dolları 1 USD = 1.7000 AZN
Avro 1 EUR = 1.9343 AZN
Rusiya rublu 1 RUB = 0.0254 AZN
İngilis funt sterlinqi 1 GBP = 2.1630 AZN
Türk lirəsi 1 TRY = 0.2909 AZN
Heydər Əliyev (1923 - 2003)

«Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır»

Heydər Əliyev (1923 - 2003)
ŞƏXSİYYƏT  
18:08 | 18 dekabr 2017 | Bazar ertəsi Məqaləyə 2903 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Məni tez xəstəxanaya aparın, ölürəm»

Nərimanovun sirli qətli

E.NİHAD

MÖVZU İLƏ ƏLAQƏLİ

1925-ci ilin yazı... Doktor Nəriman Nərimanov uzun müddətdir ki, gərginlik və əsəblə yüklənmiş bir ömür yaşayır. Yenə də vəzifədədir. Yenə də bütün Qafqaz müsəlmanları özlərinin Mərkəzdəki yeganə təmsilçisi kimi ondan nəsə gözləyirlər. Amma dövran daha o dövran deyil. Stalin özünün rus-gürcü-erməni əlaltıları ilə onu güclü nəzarətdə saxlayır, daşıdığı hökmsüz, formal vəzifəsində də nəsə etməsindən çəkinirlər. Özlərini bu işdə haqlı sayırlar. Çünki vaxtı ilə onlara görə, Rəsulzadə, Tağıyev, Xoyski kimi nəhənglərlə üz-üzə duran Nərimanov sonradan səhvini anladı və bəzi məsələlərdə Stalin əlaltılarına da mane oldu...

Amma indi çox şey dəyişib. Xoyski erməni gülləsinin güdazına gedib. Rəsulzadə ailəsinin və vətənin həsrəti ilə qürbətdə zülm çəkir, Tağıyev isə... Doktor artıq gücünün tükəndiyini hiss edir. Elə bu məqamda son olaraq doğma torpağa baş çəkir; Qızılhacılı kəndində gedir. Vaxtı ilə işlədiyi, mübarizə meydanına qədəm qoyduğu yerə...

Məqsədi isə əslində insanlarla halallaşmaqdır.

Qızılhacılı kəndinin ədəbiyyat müəllimi Hüseyn Tanrıquliyev xatırlayırdı: «Nərimanov Qızılhacılıya bir də ömrünün son günlərində, 34 il ayrılıqdan sonra gəldi. SSRİ MİK sədrlərindən biri kimi Tiflisə gəldiyi zaman vaxtının məhdud olmasına baxmayaraq, Qızılhacılıya baş çəkməyi unutmadı. 1925-ci ilin martın 6-da Nəriman Hacılıya qonaq oldu. Böyüklü-kiçikli hamı onu qarşılamağa tələsirdi. Qonşu kəndlərdən tökülüb gələnlər də vardı. Nərimanov faytondan düşəndə onu dövrəyə aldıq. Bizimlə bir-bir görüşdü. O, əvvəlcə özünün üçsinifli məktəbinə baş çəkdi. Şagird və müəllimlərlə görüşdü. Məsləhətlər verdi. Keçmiş şagirdləri Məmməd İsa oğlu, Mehdi Nayib oğlu, Rəhim Atakişiyev... öz müəllimləri haqqında danışdılar. Nəriman xəstə idi. Aram-aram danışırdı. Birdən uzaqdan bir səs eşitdik:

- Bu bizim Nərimanın səsidir? Dönüb arxaya baxdıq. Gələn çiynində yapıncı, əlində çomaq qoca Rzaqulu kişi idi. Onun gözləri görmürdü. Nərimanov vaxtilə onun evində yaşamışdı.

Doktor üzünü bizə tutub dedi:

- Ay camaat, bu kişi olmasaydı, sizin bəylər məni öldürəcəkdilər. O məni xilas edib, gecə ikən köç yoluynan Tiflisə yola saldı.

Adəti üzrə yenə də Nəriman Rzaquluya qonaq oldu. Martın 7-də isə Nərimanov Tiflisdə yaradıcılığına həsr olunmuş yığıncağın sonunda söyləyirdi: «Mən sizə ancaq məsləhət vermək istəyirəm. Mənim ömrümə az qalıb».

Elə sonuncu cümlədə bir ömürlük ağrını oxumaq mümkündür. Təcrübəli dövlət xadimi Kremlin bütün paxırlarına bələd idi. Bilirdi ki, bu paxır onun bədənində bir gün zəhərə çevriləcək. Elə onu öldürən acı zəhərə…

Stalinin buyruq qulları bu işə ləngitmədilər.  Bu işi Orconikidze həyata keçirməliydi. Doktoru məclisə dəvət edərək Azərbaycandan göndərilmiş yarpaq dolmasına qonaq edərək, zəhərləməli, ömrünə son qoymalıydı. Kobanın hazırladığı plan yerinə yetirildi. Gözünü xəstəxanada açıb oğlu Nəcəflə, xanımı Gülsümü axtara-axtara söyləyirdi: - Məni Serqo zəhərlədi.

Araşdırmaçı Akif Aşırlı özünün «Nərimanovun Kremldə qətli» adlı dəyərli əsərində bu barədə ətraflı yazır: «Kreml ambulatoriyasının xidmətçisi, Stalin «KQB»-sinin «plaş, xəncər» qiyafəli agenti Yuliya İvanovna Litvin MK-ya necə hesabat göndərəcəyinin detallarını ölçüb-biçərək, sakit bir tərzdə heç nə olmamış kimi davranırdı. Yuliya Kremlə bu məzmunda məlumat göndərdi: «Mən, Kreml ambulatoriyasının xidmətçisi Yuliya İvanovna Litvin 1925-ci il martın 19-da, iş qurtarandan sonra, axşam saat 9-a 15 dəqiqə işləmiş, ya da 9-un yarısında Aleksandr bağının hasarı yanındakı səki ilə Trotskiya darvazasından İnqilab meydanı tərəfə gedərkən, bir nəfərin hasara söykəndiyini və bərk öskürdüyünü gördüm, deyəsən halı pis idi. Kömək etmək üçün yaxınlaşanda əvvəllər ambulatoriyamızda bir neçə dəfə gördüyüm MİK sədri Nərimanov yoldaşı tanıdım. O da məni tanıyıb dedi: «Məni tez xəstəxanaya aparın, ölürəm».

Təzədən soruşdum: «Evə getmək istəyirmi?». O qəti tapşırdı ki, Kremlin xəstəxanasına aparaq. Yolda hey inildəyir, deyirdi ki, halı pisdir, biz xəstəxanaya çatanda keçindi». (modern.az)


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *