
Neft qiymətlərində 5 ayın ən zəifi
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
Tramp–Putin görüşməsi bazarları sarsıtdı
“Trampın sözlərini deyil, Hindistan XİN-in rəsmi bəyanatını əsas götürürük”
Hindistanın “ətəyindəki daşı tökməsi” qara qızıla nəfəs aldırtdı
ABŞ–Çin ticarət gərginliyi və artan təklif qorxusu neft qiymətlərini aşağı salır
Qara qızılın qiymətlərində iyul ayından bəri ən böyük həftəlik ucuzlaşma baş verib
OPEC+ artımı ilə bağlı narahatlıqlar fonunda qiymətlərdə kəskin ucuzlaşma gözlənilir
Birjalarda nəzərlər OPEC+ toplantısına çevrilib
OPEC+ istehsal artımı gözlənilir
Enerji nəhəngi Meksika körfəzinə əlavə sərmayə yatıracaq
İraqın qara qızıl ixracını bərpası bazarlara təsir etdi
Tramp neft ölkələri təşkilatına təzyiq edir
Neft Rusiyanın məhdudiyyətləri ilə bahalaşır
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
ABŞ prezidentinin Rusiya açıqlaması qiymətlərə təsir etdi
Rusiya neft emalı zavodlarına hücum qara qızılı bahalandırdı
Trampdan Avropaya çağırış
«2018-ci ildə ölkə iqtisadiyyatının 1,5 faiz artacağı, artımın böyük hissəsinin qeyri-neft sektorunun payına düşəcəyi gözlənilir». VAXT.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov bildirib.
Nazir qeyd edib ki, cari ildə də qeyri-neft sektoru 2,4 faiz artıb, neft sektorunda isə bir qədər geriləmə mövcuddur:
«Bu təbii haldır. Çünki bizim bəzi neft yataqlarımızın istismar müddəti sona çatmaqdadır. Şübhəsiz həmin yataqlarda olan neft ehtiyatları tükənir. Görürük ki, bu sektorda geriləmə qaçılmazdır. Digər tərəfdən, OPEC ilə razılaşma çərçivəsində Azərbaycan da hasilatını bir qədər azaldır. Bu da neft sektorunda geriləməyə təsir göstərir».
Nazir qeyd edib ki, neft sektorunda istehsalın geriləməsinin qarşısını almaq üçün SOCAR-ın nizamnamə kapitalı artırılacaq:
«Tükənən yataqlarının hasilat səviyyələrinin saxlanılması üçün SOCAR-ın nizamnamə kapitalı artırılacaqdır. Yataqlar ən azı tükənməməlidir, bu da vacibdir. Çünki neft olmasa, bunu xaricdən almalı olacağıq. Xaricdən alanda da, buna xarici valyuta sərf etməli olacağıq. Buna görə, öz yataqlarımızdan maksimum səmərəli istifadə etmək düzgün yol olardı. Qərar qəbul olunub ki, SOCAR-a dövlət büdcəsindən müəyyən vəsaitlər ayrılsın. Söhbət SOCAR-ın nizamnamə kapitalının artırılmasından gedir. SOCAR-ın kapitalına qoyulan vəsait 2 istiqamətdə istifadə ediləcək. 1-ci istiqamət neft və qaz yataqlarının istismarının genişləndirilməsi və hasilat səviyyələrinin saxlanılması layihəsidir. İkinci layihə Heydər Əliyev adına Neft emalı zavodunun yenidən qurulması və modernləşdirilməsi layihəsidir. Bu da vacibdir, çünki bu zavod müasir deyil, neftin emal səviyyəsi aşağıdır, keyfiyyətli, ekoloji standartlara uyğun benzin istehsalına imkan vermir. Bir neçə il ərzində dövlət büdcəsindən bu layihələrə vəsaitlər ayrılacaqdır. Bu Azərbaycan üçün həyati əhəmiyyətli infrastruktur layihələrdir».