Bundan sonra isə sülh prosesidir
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
11:25 | 3 may 2018 | Cümə axşamı
Məqaləyə 2206 dəfə baxılıb
Şriftin ölçüsü
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Erməni milyarderin növbəti şousu və hiyləgər planı
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
“Bəlkə də tarix Azərbaycana bir daha 2018-ci ilin may ayında, bu günlər, bu saatlar ərzində yaratmış olduğu kimi Qarabağla bağlı unikal və çox əlverişli bir situasiyanı yaratmayacaq. İnanın ki, bütün təhlillər, bütün proqnozlar onu deməyə əsas verir ki, biz bu məqamı da əldən vermiş olsaq, vallah, daha yaxın dönəmlərdə, nə vaxtsa belə bir unikal şansın olacağını sadəcə ağlıma belə gətirə bilmirəm. Rusiyanın xilası Azərbaycanın əlindədir. Məhz Cənubi Qafqazda əlindən çıxmaqda olan Ermənistanı yenidən Moskvanın təsir və təzyiq dairəsinə qaytara biləcək yeganə real imkan Azərbaycan dövləti və onun Silahlı Qüvvələri ola bilər. Və mən bir qədər irəliyə gedərək demək istəyirəm ki, biz tarixi şansı çox doğru və düzgün dəyərləndirməliyik”.
Bunu hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, Ermənistanda “məxməri inqilab”ın lideri, baş nazirliyə can atan deputat Nikol Paşinyan dünən Qarabağla bağlı başından çox böyük qələtlər etdi.
“Bu adam faktiki hakimiyyətdə olmaya-olmaya dünən azərbaycanlıları təhqir etməyə çalışdı ki, guya, bu alçaq Qarabağ məsələsinin bir həlli yolunu tanıyır, o da Azərbaycanın Qarabağın müstəqilliyini tanıması yoludur! Dünən o bir daha Rusiyaya, dünya birliyinə bəyan etdi ki, heç kəs ondan zərrə qədər ağıllı siyasət gözləməsin. Onun dünən tülkücəsinə “ay Rusiya bizim strateji müttəfiqimizdir, ay KTMT belə gəldi, Avroasiya İttifaqı belə getdi” kimi süni bəyanatları da müvəqqəti və hakimiyyətə gəlmək üçün səsləndirdiyi fikirlərdirdir”.
Üzeyir Cəfərov qeyd edib ki, Ermənistan Rusiyanın əlindən çıxır: “Bəlkə də tam əminliklə demək olar ki, yaxın saatlarda, yaxın günlərdə tam çıxacaq. Ona görə də Rusiyanın siyasi-hərbi rəhbərliyi, başda Putin-Şoyqu cütlüyünə diplomatik, ya açıq şəkildə deməyin vaxtıdır ki, Azərbaycan Qarabağla bağlı daha gözləmək fikrində deyil. Qoy nə qədər istəyirlər bivec ATƏT-in Minsk Qrupunda, BMT-də və digər qurumlarda donquldasınlar. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bizim Xarici İşlər Nazirliyi son dərəcə çevik və operativ olaraq bəzi işləri artıq görməlidir. Ürək parçamız olan Qarabağımız Azərbaycanından vaxtında addımlar atılmasını həm gözləyir, həm də tələb edir! Məni qınasanız da, söysəniz də, əsl vaxtıdır deyirəm. Azərbaycanın Silahlı Qüvvələri 2018-ci ilin may ayını tarixə qızıl hərflərlə yaza bilər və yazmalıdır!”.