vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
MEDİA-QHT  
18:45 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 1764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qarabağ mövzusu daim diqqətdədir

Azay Quliyev Şuranın maliyyələşdirdiyi layihələrin rəhbərlərilə görüşdü

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev 2014-cü il maliyyə yardımı müsabiqəsi çərçivəsində Qarabağ mövzusu üzrə maliyyələşdirilmiş layihələrin rəhbərləri ilə görüşdü. 15 layihə rəhbəri və Şura katibliyinin əlaqədar əməkdaşlarının iştirak etdiyi görüşü açan A.Quliyev ölkə xaricində icra ediləcək bu layihələrin əhəmiyyətini vurğulayaraq dedi ki, görüşdə məqsəd layihələr və təşkilatlar arasında koordinasiya imkanlarını genişləndirmək və bununla effektivliyin artırılmasına yardım etməkdir.

Şura sədri qeyd etdi ki, bu layihələr Türkiyə ilə bərabər Avropa ölkələrində də reallaşdırılmalı və ehtiyac olarsa, bunun üçün təşkilatlara əlavə dəstək təmin edilməlidir. A.Quliyev layihələrin icrası ilə bağlı hər bir QHT rəhbərinin fikirlərini bildirməsində və ümumi müzakirələr nəticəsində daha optimal təbliğat variantların tapılmasında böyük fayda olduğunu bildirdi.

Qeyd edək ki, layihələr çərçivəsində Türkiyə, Almaniya, Belçika, Çexiya, İsveç, Norveç, Ukrayna, Polşa və digər ölkə universitetlərində Qarabağ və Azərbaycan guşələrinin yaradılması, konfransların keçirilməsi, mövzu üzrə yerli dillərdə və ingilis dilində hazırlanmış buklet, broşur və kitabların paylanması, qısametrajlı filmlərin nümayişi və sair tədbirlər nəzərdə tutulur.

Maliyyələşmiş layihələrin rəhbərləri çıxış edərək xarici ölkələrdə Azərbaycanın təbliği, Qarabağ münaqişəsi haqda obyektiv həqiqətlərin yayılması və Xocalı soyqırımının tanıdılması ilə bağlı fikirlərini bölüşdülər. Qərara alındı ki, sosial şəbəkələrdə bu təşkilatların qrupu yaradılsın və Tənzilə Rüstəmxanlının koordinatorluğu təşkilatlar üçün yardım olaraq dəyərləndirilsin.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *