vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 19 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AİLƏ  
13:04 | 30 noyabr 2018 | Cümə Məqaləyə 4903 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Kişilər üçün etik qaydalar

Bunları hər kəsin bilməsi vacibdir, xüsusilə ...

Əksər qadınlar öz tərəf müqabillərinin nəzakətli olmasını istəyir. Bəs kişilər etik qaydaları pozmamaq üçün necə davranmalıdır? Beləliklə müxtəlif situasiyalarda, kişilərin istənilən xanıma, xüsusən öz tərəf müqabilinə qarşı davranış qaydalarını oxuculara təqdim edirik.

1. Küçə boyu kişi, xanımdan solda getməlidir. Sağda yalnız hərbi qulluqçular gedə bilərlər, hansı ki, onlar da hərbi salamlaşmanı verməyə hazır olmalıdır.

2. Əgər qadın büdrədisə və ya sürüşdüsə onu dirsəyindən tutmaq lazımdır. Amma adi vaxtda kişinin qadının əlindən tutmağı qadın özü qərar verməlidir.

3. Qadın qarşısında kişinin siqaret çəkməsi düzgün deyil, o yalnız bunu qadından icazə aldıqdan sonra edə bilər.

4. Girişdə və çıxışda kavaler xanımdan əvvəl qapını açır amma özü arxada gedir.

5. Nərdivandan qalxarkən kişi öz yoldaşından 1-2 pilləkən arxada və ya nərdivandan enərkən isə 1-2 pilləkən qabaqda getməklə öz yoldaşını “sığortalamalıdır”.

6. Liftə girdikdə birinci kişi girməli və çıxışda isə xanım birinci çıxmalıdır.

7. Maşından düşərkən birinci kişi çıxır, o nəqliyyat hərəkətini nəzərdən keçirir və maşının qapısını sərnişinlər tərəfə açmaqla qadınlara çıxmağa kömək edir. Eyni zamanda kişi özü maşını idarə edirsə və ya qabaq oturacaqda oturursa, o qapını açıb qadını dirsəyindən tutmaqla onun düşməsinə kömək edir. 
Əgər kişi və qadın hər ikisi də taksi sərnişinidilərsə, onlar arxa oturacaqda getməlidirlər. Salondan düşərkən xanım birinci düşür, kişi isə ondan sonra.

8. Müəyyən bir yerdə oturanda (görüş) kişi qadına üst geyimini çıxartmağa kömək etməli, otaqdan çıxdıqda isə ona geyimini vermək lazımdır.

9. Etik qaydalara görə kişinin xanımla görüşündə onun gecikməməsi lazımdır. Əksinə, kavalerdən bir neçə dəqiqə əvvəl gəlməli, çünki onun ləngiməsi xanımı utandıra və onu pis vəziyyətdə qoya bilər. Gözlənilməz hadisələrdə xəbərdarlıq etmək və gecikməyə görə üzr istəmək lazımdır.

10. İstənilən yaşda istənilən qadına böyük predmetləri və böyük çantaları aparmağa kömək etmək lazımdır. Bunlara qadının əl çantası, yüngül kürk və ya manto daxil deyil, amma əgər sağlamlıq vəziyyətləri buna mane olursa, kömək etmək olar.

11. Cəmiyyətdə, xüsusilə kişi şirkətində üçüncü bir şəxslə xanım haqqında açıq danışıq qəbuledilməzdir.

12. Danışıq vaxtı kişinin əllərini sinəsində qatlaması və yaxud da əlini cibinə qoyması lazım deyil. Həmçinin əllərində müxtəlif predmetlər oynatmaq da lazım deyil — bu həmsöhbətə hörmətsizlikdir.

13. Kişi həmişə restorana birinci daxil olmalı, əsas səbəb isə – bu bir əlamət kimi qəbul edilməlidir ki bilinsin ki ödəniş kimin üzərinə düşəcək. Böyük şirkətlərdə – kimdən restorana dəvət alındısa və restorana daxil oldusa, ilk ödənişi də o etməlidir. Lakin ziyarətçilərin girişində kişi qapıçı ilə qarşılaşırsa, onda birinci qadını içəri buraxmalıdır.