vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 20 noyabr 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
12:21 | 8 iyul 2019 | Bazar ertəsi Məqaləyə 1025 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Paşinyana təzyiqlər artıb

Amerikalılar Qarabağ düyününü açmaq üçün hansı təklifləri hazırlayır?

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ötən ay Vaşinqtonda keçirilən Qarabağ danışıqlarından sonra həm Ermənistan daxilindəki rusiyayönümlü qüvvələrin, həm Rusiyanın özündə bəzi dairələrin Paşinyana qarşı yeni təbliğat hücumları başlayıb. Belə görünür ki, Rusiyada ABŞ-ın regionda yenidən fəallaşması və uzun fasilədən sonra ilk dəfə Qarabağ danışıqlarına birbaşa vasitəçilik etməsi qıcıq yaradır.

Rusiya KİV-lərində ABŞ-ın “Qarabağı qaytarmaq üçün” Paşinyanla gizli sövdələşməyə girdiyi haqda iddialar dərc edilir.

Bu günlərdə isə Rusiya internet mənbələri Paşinyanın adından NATO baş katibinə “feyk” məktub yerləşdirilib. Həmin məktubda Paşinyan guya NATO ilə Ermənistan arasında sıx münasibətlər naminə Qarabağdan erməni qoşunlarını bir il ərzində çıxaracağını vəd edir.

 

Paşinyanın “feyk” məktubu

 

Hərçənd Paşinyan Qarabağ məsələsində daha sərt və avantürist mövqe nümayiş etdirsə də Ermənistanda ona müxalif qüvvələr baş nazirin “Qarabağı satmaq” planları haqda hər dəfə fürsət düşən kimi hay-küy qaldırırlar.

Rusiyanın “Komsomolskaya Pravda” qəzetinin məqaləsi də bu mövzudadır. “Amerikalılar Qarabağ düyününü kəsib atmaq üçün qılınc hazırlayır”, - qəzet məqaləni bu sərlövhə ilə dərc edib.

“Ermənistanın baş naziri “Kremlin bədniyyətli təsirlərinə qarşı” ABŞ-ın yeni konsepsiyası ilə razılaşıb onların ssenarisi ilə gedəcəkmi?”, - qəzet sual edir.

Məqalədə Paşinyanın adından NATO baş katibinə yazılmış feyk məktubdan bəhs edir. Bildirilir ki, əgər bu məktub həqiqi olsaydı hökmən ilin sensasiyası sayılardı, özü də təkcə MDB məkanında deyil. Çünki orada guya  Ermənistan baş naziri  NATO ilə yaxınlaşmaq naminə qoşunları yaxın bir ilə Dağlıq Qarabağdan çıxaracağını, əraziləri Azərbaycanın nəzarətinə qaytaracağını vəd edir.

Həmin feyk məktubun əslində Rusiya dairələri tərəfindən Vaşinqton danışıqlarının ardınca Paşinyana qarşı təşkil edilmiş qara piarın tərkib hissəsi olduğu dərhal aydın idi. Lakin qəzet izi azdırmağa çalışır, yazır ki, həmin feyk məktub amerikalıların işidir. “Məktubu analiz edən ekspertlər əmindirlər ki, həmin feykin “ayaqları” ölkə hüdudlarından kənardadır. Təxmin etmək olardı ki, təxribatın arxasında Azərbaycandakı bəzi qüvvələr dayanır. Lakin indi Bakı Yerevanla münasibətləri kəskinləşdirməyi, xüsusən də yeni müharibə başlamağı çətin ki, istəyərdi. Çünki KTMT üzvü olan Ermənistanın ərazisində Rusiya bazası var, Moskva Yerevanın suverenliyinin qarantıdır. Amma elə tərəf var ki, Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına dair indiki ləng proses açıq yaranın üstünə duz səpməyə bərabərdir. Heç kimə sirr deyil ki, bu ABŞ-dır. Rusiyanı düşmən dövlətlərlə əhatəyə almaq konsepsiyasını həyata keçirən Vaşinqton ancaq Belarusla bağlı arzu etdiyi nəticəni ala bilməyib. Rusiyanın qərb sərhədlərindəki qalan ölkələr-Polşa, Baltik ölkələri, indi isə budur, Ukrayna... Və hələlik Qara dənizdən Xəzərə qədər məkanda öz istəyinə nail ola bilmir. Amerikalılar Gürcüstanla bağlı bəzi uğurlar əldə edə biliblər. Ermənistan və Azərbaycanla bağlı isə alınmır. İlk növbədə Dağlıq Qarabağ münaqişəsinə görə. Nə qədər ki, bu münaqişə nizamlanmayıb, bir tərəfin müsbət qəbul etdiyi hər nəsə dərhal digər tərəfin kəskin mənfi reaksiyasına səbəb olacaq. Ona görə də Vaşinqton üçün Yerevanla Bakı arasında indiki danışıqlar formatı çıxılmaz dalandır. Amerikalılar başqa variant təklif edir - “sülh əvəzində ərazilər”. Sürətli, ucuz, qəti. Əlbəttə, kimsə bu işdə uduzmalı olacaq. Amma başlıca məhəng daşı yolun üstündən götürüləcək. Və qalib gələn tərəf könüllü olaraq ABŞ-ın ağuşuna atılacaq, minnətdarlıq əlaməti olaraq. Məğlub olan tərəfi isə buna məcbur edəcəklər. Bu plan ABŞ-ın “Rusiyanın bədniyyətli təsirlərinə qarşı mübarizə” konsepsiyasına tamamilə uyğundur”, - qəzet yazır.

 

Ağ Ev “sürətli, qəti və ucuz” həll yolu təklif edir

 

Məqalədə deyilir ki, amerikalı siyasətçilər və ekspertlər məhz bu məqsədlə Dağlıq Qarabağın danışıqların tamhüquqlu iştirakçısı olmasını təklif edirlər. Qəribədir ki, Vaşinqtonun bu səyləri Paşinyanın mövqeyi ilə tamamilə üst-üstə düşür.

Müəllifin fikrincə, Dağlıq Qarabağın danışıqlarda iştirakı amerikalılara ona görə lazımdır ki, münaqişəyə dair Amerika planına onun razılığını təmin etsin. O zaman Yerevan da Paşinyanın həmin məntiqindən çıxış edərək etiraz etməzdi. Lakin qəzet qeyd edir ki, Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyan güzəştlərə qəti qarşıdır, “suverenliin və respublikanın dövlətçiliyinin qorunması” məsələsində birmənalı mövqe tutur.

Amma bir məsələ var ki, gələn il Qarabağda “seçklər” olacaq. Ermənistandakı amerikayönümlülər və Sorosun strukturları isə ABŞ-ın ötürməsi ilə hərəkət edərək Dağlıq Qarabağdakı indiki “hakimiyyəti” həddən artıq rusiyayönümlü olmaqda qınayır. Bu məsələdə “Sasna Tsrer” ultraradikal partiyası daha fəaldır.

“Komsomolskaya Pravda” hesab edir ki, amerikalılar Qarabağda ona daha loyal, münaqişənin nizamlanması məsələsində “yola gələn” rəhbərlik görmək istəyir. Praktiki olaraq paralel şəkildə Paşinyanın ətrafı da həmin sorosçularla birləşib Qarabağdakı “seçkilərdə” baş nazirin adamının hakimiyyətə gətirilməsinə çalışır. Qəzet iddia edir ki, Paşinyanla Qarabağdakı rejimin rəhbərliyi arasında münasibətlərin pisləməsində də amerikalıların əli var.

“Paşinyanın ətafından belə məlumatlar daxil olur ki, Qarabağdakı seçkilərdə baş nazirin adamı uduzsa onun özünün hakimiyyətə gəlişi üçün istifadə olunan texnologiya tətbiq oluna bilər. Yəni Qarabağda “məxməri inqilab”dan, küçə etirazlarının təşkilindən və lazım gələrsə daha sərt hərəkətlərdən söhbət gedir. Lakin belə əminlik yoxdur ki, həmin oyunun qalibi Qarabağın “açarını” Yerevana yox, Vaşinqtona aparmayacaq”, - qəzet yazır.


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *