vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 26 avqust 2019
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNEY  
09:05 | 18 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 1697 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

GAMMP-nin yaranmasına baxışlar

Sabir Rüstəmxanlı: «Allah eləsin uğurlu alınsın, amma...»

Etibar SEYİDAĞA

MÖVZU İLƏ ƏLAQƏLİ

Xəbər verdiyimiz kimi, martın 15-də Kopenhagendə Güney Azərbaycan əsilli bir qrup ictimai xadim Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin (GAMMP) yaradıldığını bəyan ediblər. GAMMP bəyanat və müraciət qəbul edib və qurumun Məsul Heyətini seçib. Heyət Firidun Pərvizniya, Mahmudəli Çöhrəqanlı, Nurəddin Qərəvi, Əhməd Obalı, Eldar Qaradağlı, Abdullah Əmirhaşimi, Mehmet Müştaq, Səməd Fərtaş və Səttar Sevgindən ibarət olacaq.

Bəyanatda bildirildiyinə görə, müxtəlif təşkilatlarda olan insanları birləşdirən tək amal Azərbaycan olub: «Bu gün Güney Azərbaycanın həmişəkindən daha çox bizim birliyimizə ehtiyacı var. Biz bir olmadıqca, gücümüzü birləşdirməyincə, Azərbaycanımızın haqlarını ala bilməyəcəyik, vətəndaşlarımızın problemləri həll olunmayacaq. Regionumuzda baş verən hadisələr bizi daha sıx birləşməyə məcbur edir. Hər birimiz üzvü olduğumuz təşkilatların işini davam etdirməklə yanaşı, Güney Azərbaycan adına daha böyük birliyə imza atmalıyıq.

Məsul Heyət olaraq siyasi mühacirlərimizin hamısını Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamenti ideyasını dəstəkləməyə və hər birinizi bu ideyanın müəllifi, qurucusu olmağa dəvət edirik. Güney Azərbaycan siyasi mühacirləri Güney Azərbaycan Müvəqqəti Mühacir Parlamentinin yaradılmasını elan edir və Güney Azərbaycan dövlətinin hüquqi statusunun müəyyən edilməsi məsuliyyətini də Mühacir Parlament öz üzərinə götürür».

GAMMP-nin yaradılmasına münasibət bildirən Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, millət vəkili Sabir Rüstəmxanlı qurumun elan olunacağına hazırlıq getdiyi zamandan məsələdən məlumatlı olduğunu söylədi. Qeyd etdi ki, DAK bu prosesə qatılmadığı barədə bəyanat yayıb: «Bəyanatımızda bildirmişik ki, bu addım birləşdirməkdən daha çox, bölücülüyə xidmət edəcək. Bu ideya DAK-ın ideyası idi. Neçə illər idi bunu deyirdik ki, biz Dünya Azərbaycanlıları Parlamentinin yaranmasının tərəfdarıyıq. Amma bunun şərtləri var. Xaricdə oturan və indiyədək heç bir iş görə bilməyən adamların bir araya yığışmasının bu mənada ciddi əhəmiyyəti olmayacaq. Təşəbbüskarlar, bu işin təşkilatçıları kimdir? Bunların hamısını bildiyimizə görə məsələyə qatılmadıq və kənardan öz sözümüzü dedik. Amma mən indi durub onun əleyhinə heç nə demək istəmirəm. Çünki Güneylə bağlı yaranan hər bir təşkilata ancaq xeyir-dura verirəm, təki bir iş görsünlər. Yaşayarıq, görərik. Bəri başdan fikir bildirmirəm ki, sonra deməsinlər Sabir Rüstəmxanlı bu işin üzərinə kölgə saldı. Allah eləsin, uğurlu alınsın».

DAK sədri məlum bəyanata imza ataraq prosesdə iştirakçı olan şəxslərin hamısını tanıdığını, onların sırasında DAK üzvlərinin də olduğunu bildirdi: «DAK-ın həmsədri Firidun Pərvizniya da oradadır. Mən əvvəldən DAK üzvlərinə demişdim ki, siz DAK üzvü olaraq oraya getməyin. Onlar da şəxs olaraq iştirak edəcəklərini söyləmişdilər».

«Sizcə, İran hakimiyyəti bu hadisəyə necə münasibət göstərə bilər» sualına Rüstəmxanlının cavabı qısa oldu: «İranın necə reaksiya verəcəyindən həmin təşkilatın necə yaranması haqda nəticə çıxaracaqsınız. Narahat olmayın».

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə belə bir qurumun yaradılmasını İstanbulda səfərdə olarkən eşitdiyini və çox sevindiyini söylədi: «Onlara uğurlar arzulayıram. Güney Azərbaycan uğrunda mübarizə aparan dostlarımız nə addım atsa, hamısını dəstəkləyəcəyik. Çünki seçim onlarındır. Hesab edirəm ki, o adamlar Güney Azərbaycan prosesini doğru-dürüst bilirlər və Güneyə yönəlik siyasəti uzun illərdir müəyyənləşdirən şəxslərdəndirlər. Ona görə də bizim onlara hər hansı məsləhət verməyimiz, yol göstərməyimiz hesab etmirəm ki, doğru olar. Onlar doğru bildiklərini edirlər və uğurlar arzulayıram.

Bundan sonrakı dönəmlərdə nə zaman tədbirlərinə dəvət etsələr və yaxud bizim üzərimizə bir vəzifə qoysalar yerinə yetirməyə hazırıq».

İ.Ağazadə onu da dedi ki, İran hakimiyyətinin bu hadisəni necə qarşılamasından asılı olmayaraq, proses müstəqilliyə doğru gedir. Güney Azərbaycan mütləq azad olacaq, mütləq yeni proses başlayacaq və Orta Doğunun şəkli həm də Güney Azərbaycan Cümhuriyyətinin yaranması ilə dəyişəcək».


   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Hələlik rəy yoxdur.

Şərh əlavə etmək

* Daxil edilməsi vacibdir
(göstərilməyəcək)
 
Smile Sad Huh Laugh Mad Tongue Crying Grin Wink Scared Cool Sleep Blush Unsure Shocked
 
1000 ədəd
 
Yeni şərhlər barədə mənim email ünvanıma məlumat göndər.
 
Mənim blankımdakı məlumatları bu kompüterin yaddaşında saxla.
 
Mən şərtləri. oxuyub tanış olmuşam və qəbul edirəm *