vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
CƏMİYYƏT  
13:14 | 3 mart 2017 | Cümə Məqaləyə 2677 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ən çox qaçırılan avtomobillər

Oğrular niyə MDB istehsalı olan maşınları «sevir»?

Qafar AĞAYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

«2016-cı ildə ümumilikdə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə yol polisinə məlumat daxil olub. Onlardan 227-si isti izlərlə tapılıb».

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib:

«Bəzən qaçırılma ilə bağlı elə məlumat daxil olur, araşdıranda belə məlum olur ki,  onları avtomobilin sahibinin yaxınları xəbərsiz götürüb, aparıb. Avtomobil sahibi də maşınının oğurlandığını düşünüb».

Kamran Əliyev deyib ki, Azərbaycanda ən çox oğurlanan avtomobillər arasında MDB istehsalı olan maşınlar üstünlük təşkil edir.

«Bunun da başlıca səbəbi MDB istehsalı olan avtomobillərə müdaxilə etməyin asan olmasıdır», - Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi deyib.

Sığorta şirkətlərindən də bildiriblər ki, Azərbaycanda  qaçırılma və oğurlanma halları daha çox MDB istehsalı olan «Vaz 2107»  markalı avtomobillərlə bağlıdır. Bunun da əsas səbəbi həmin avtomobillərin qapılarının sadə vasitələrlə daha asan açılması, siqnalizasiya və  qoruma sisteminin zəif olmasıdır.