19:12 | 4 iyun 2013 | Çərşənbə axşamı
Məqaləyə 2065 dəfə baxılıb
Şriftin ölçüsü
Obama Prezidentə məktub göndərib
İlham Əliyev dövlət katibinin müşaviri Amos Hoksteyni qəbul edib
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 4-də ABŞ dövlət katibinin enerji siyasəti üzrə müşaviri Amos Hoksteyni qəbul edib. Lent.az-ın məlumatına görə, görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Birləşmiş Ştatların prezidenti Barak Obamanın məktubunu dövlət başçısına təqdim edib.
Prezident İlham Əliyev ABŞ prezidenti Barak Obamanın məktubuna görə minnətdarlığını bildirib.Söhbətdə XX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyəti vurğulanıb, Azərbaycan Respublikası ilə ABŞ arasında tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, ikitərəfli münasibətlərimizin perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.