

Serbiya ilə AB arasında Rusiya gərginliyi!
Vuçiç: “Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim”
Daha üç nümayəndəliyə zərflər göndərilib
Madriddəki nümayəndəliyə zərfdə bomba göndərilib, partlayış olub
İspaniyanın ifrat sağçıları bütün göstəriciləri üstələyir
Əliyevin Belqrad səfəri və Qərb-Rusiya qovğasının yaratdığı pərdəarxası məqamlar
Vuçiç Əliyevdən nəyi öyrənmək istəyir?
Avropada daha bir müharibə başlayır?!
Havanın temperaturu çay kənarında 43 dərəcə olub
25 diplomat və səfirlik işçisinin ölkədən çıxarılacağı bildirilir
ABŞ Suriyadakı mövqelərini Türkiyəyə verir?!
Kosovo-Serbiya torpaq dəyiş-düyüşü niyə Putinə sərf edərdi?
160 ton məhsulu zay ediblər
Kataloniya polisi 100-dən artıq şəxsi həbs edib
19 nəfər xəsarət alıb
… Yaxud «kiçik xalqların halına acımaq arzuları»nın arxasında dayanan vacib motivlər
Beynəlxalq aləm iki separatçı bölgənin «müstəqilliyinə» hazırlaşır(mı?). İraq kürdləri sentyabrın 25-də, İspaniyadakı katalonlar isə bundan 1 həftə sonra müstəqilliklə bağlı referendum keçirəcəklər. Əlbəttə, referendumlar hələ bu bölgələrin müstəqil dövlət kimi tanınması anlamına gəlməyəcək. Buna baxmayaraq, bu iki fərqli bölgədə yaşayan insanların əksəriyyəti böyük ehtimalla müstəqilliyə səs verəcəklər. İraqdakı kürdlərin müstəqlliyi onları mərkəz Bağdad və qonşularla üz-üzə qoyacaq, katalonlar isə mərkəz Madridlə məhkəmə çəkişməsinə hazırlaşmalı olacaqlar, katalonların müstəqilliyi onların avtomatik olaraq Avropa İttifaqının tərkibinə daxil olacağına da zəmanət vermir. İspaniyanın icazəsi olmadan Brüssel Kataloniyanın «müstəqilliyini» tanımayacaq.
Keçək əsas məsələyə. Yəqin xatırlayırsınız, Kosovo müstəqlliyini qazandıqda və bir çox dövlət Kosovonu müstəqil dövlət olaraq tanıdıqda Ermənistan hakimiyyəti xeyli canlanmış, eyni hüqunun Dağlıq Qarabağa da tanınması vacibliyini gündəliyə gətirməyə çalışmışdı. Ancaq ermənilər Kosovo nümunəsinə çox müraciət edə bilmədilər, çünki ağaları olan Rusiya Serbiyanın ərazi bütövlüyünü dəstəkləyir və Kosovonu separatçı bölgə adlandırırdı. Bunun nəticəsidir ki, Kosovo nümunəsinə müraciət edən İrəvan Kremlin qorxusundan özü belə Kosovonun müstəqilliyini tanımadı. Şübhə etmirəm ki, İrəvan 1 həftədən sonra kürdlərin və katalonların nümunəsinə müraciət edəcək. Şərtlər imkan versə Ermənistan böyük məmnuniyyətlə həm Kataloniyanın, həm də kürddlərin müstəqilliyini tanıyacaq ki, Dağlıq Qarabağ üçün presedent imkanlarını genişləndirsin. Katalonlarla kürdlərin müstəqilliyinin böyük dövlətlər tərəfindən tanınmaması əksinə Azərbaycanın işinə yarayacaq. Necə ki, böyük dövlətlər katalonlarla kürdlərin müstəqlliklərinin yersiz olduğunu vurğulayırlar, onlara eyni sözləri Azərbaycanda yaşayan ermənilər üçün də dedirtmək lazım gələcək.