vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
BANK, BİRJA, SIĞORTA  
19:41 | 10 noyabr 2017 | Cümə Məqaləyə 2736 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərbaycanda kreditlər bahalaşır

Faizlər manat üzrə artıb, xarici valyuta üzrə isə əksinə ...

Musa ƏHMƏDOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan Mərkəzi Bankı (AMB) avqust ayı üzrə depozit və kreditlər üzrə orta faiz dərəcəsini açıqlayıb.

«APA-Economics» AMB-nin açıqladığı statistikaya istinadən xəbər verir ki, avqustda manatla depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 9,49 faiz, xarici valyuta ilə 3,57 faiz təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,66 faiz artıb, xarici valyutada depozit və əmanətlər üzrə faiz dərəcəsi 0,08 faiz azalıb. Ümumiyyətlə, manatla depozit və əmanətlərdə orta faiz illik 8,55 faizdən 9,49 faizə yüksəlib, xarici valyutada 4,97 faizdən 3,57 faizə enib.

Avqust ayında hüquqi şəxslərdən manatla depozitlər ortalama 4,84 faiz, xarici valyutada isə 2,78 faizdən cəlb edilib. Hesabat ayında fiziki şəxslərdən manatla cəlb edilmiş  depozitlərinin orta faizi 11,72 faiz, xarici valyutada isə 4,20 faiz olub.

Avqustda verilmiş kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, bu göstərici manatla 13 faiz, xarici valyuta ilə 10,62 faiz təşkil edib. İyul ayı ilə avqust ayını müqayisə edəndə məlum olur ki, manatla kreditlər üzrə orta faiz dərəcəsi 0,10 faiz, xarici valyutada kreditlər üzrə faiz dərəcəsi 0,62 faiz artıb. Ümumiyyətlə, manatla kreditlərdə orta faiz illik 12,28 faizdən 13 faizə, xarici valyutada 10,21 faizdən 10,62 faizə yüksəlib.

Avqust ayında fiziki şəxslərə verilən kreditin orta faiz dərəcəsi manatda 16,10 faiz xarici valyutada 16,25 faiz olub. Hüquqi şəxslərə sözügedən ayda kreditlər manatda orta hesabla 9,02 faiz, xarici valyutada 7,51 faiz təşkil edib.