vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:30 | 3 sentyabr 2018 | Bazar ertəsi Məqaləyə 2542 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə Naxçıvanda hərbi baza qurmağa hazırlaşır?

“Sözçü” qəzetinin yazarından sensassion iddia

MÖVZU İLƏ ƏLAQƏLİ

Türkiyə Azərbaycanın Naxçıvan muxtar respublikasında hərbi baza qurmağa hazırlaşır. Bu haqda Türkiyənin “Sözçü” qəzetinin köşə yazarı Zeynep Gürcanlı özünün bu günkü yazısında bildirir.

Gürcanlının “Avrupa’nın amacı “Borc hasilatı”” başlıqlı yazısı Türkiyə-Rusiya münasibətləri, xarici işlər naziri Mövlut Çavuşoğlunun Rusiyanı “strateji tərəfdaş” adlandırması barədədir.

Müəllif hesab edir ki, Türkiyə ilə Rusiya arasında bütün yaxınlaşmaya baxmayaraq bu ölkələr xüsusən regional məsələlərdə rəqib olaraq qalacaq. O cümlədən Qafqazda.

“Ankarada son günlər siyasi dairələrdə müzakirə olunan çox önəmli bir məsələ var. Türkiyə Somali və Qətərdən sonra xaricdəki üçüncü hərbi bazasını Naxçıvanda qurmaq üçün hərəkətə keçmiş durumdadır. Sizcə Naxçıvanda Türkiyə hərbi bazası məsələsində ən yeni “strateji ortağımız” Rusiyanın mövqeyi necə olar?”-müəllif sual edir.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi müttəfiqlik barədə mövcuddur və bu müttəfiqlik çərçivəsində Türkiyənin Naxçıvanda hərbi baza yerləşdirməsi məsələsi dəfələrlə gündəmə gəlib. Qeyri-rəsmi mənbələr, ekspert çevrələri bu barədə dəfələrlə bildiriblər. Xüsusən Ermənistanda bu məsələ ciddi narahatlıqla izlənilir.