

Dünyanı ən ucuz gəzməyin yolları...
... Və ya turizm şirkətlərindən ov turu üçün fantastik qiymət
Azərbaycanda hotellərin mərtəbələri qadınlar və kişilər üçün bölünə bilər
«Hər şey ecazkardır – təmiz hava, dəniz, gülərüz insanlar ...»
... və ya DİN əməkdaşlarının ölkəni biabır edən özbaşınalığı
13-cü turizm və səyahətlər sərgisinin açılışı oldu (fotolar)
Prezident «Tufan» Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin ilkin mərhələsinin açılışına qatılıb
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yoxlamalar aparıb
Nazir: “Otel və turizm şirkətlərinə qanunla təkliflər edəcəyik”
“Turistlərin istirahəti tək hoteldə qalmaqla məhdudlaşmasın”
Azərbaycan dörd turizm sərgisində
Hələ may ayı olsa da, artıq istirahət fəsli olan yayın xoş ab-havası duyulmaqdadır
Azərbaycanda ilk dəfə olaraq xarici turizm şirkətlərinin nümayəndələri üçün ölkəmiz haqqında “e-öyrənmə” (“e-learning”) – onlayn məlumatlandırma və öyrənmə platforması istifadəyə veriləcək.
“E-öyrənmə” platforması xarici şirkətlərə Azərbaycan haqqında ətraflı məlumat verməklə yanaşı, ölkənin yeni turizm imkanları barədə geniş informasiya təqdim edən onlayn kurs rolunu oynayacaq. Azərbaycanın turizm əhəmiyyətli yerləri, tarixi məkanları, mədəniyyəti, mətbəxi, mədəni irsi, memarlıq nümunələri, təbiəti, iqlimi, əhalisi, dili, milli bayramları, adət-ənənələri və s. məlumatlar yalnız yazı şəklində deyil, həmçinin audio və video formatda istifadəçilərə təqdim olunacaq.
Kursun sonunda öyrənilmiş biliklərin yoxlanılması üçün suallara müəyyən vaxt limiti çərçivəsində cavab verən iştirakçılar müvafiq sertifikatla təmin olunacaqlar.
Onlayn platformanın təqdimatı aprelin 29-da Bakı Konqres Mərkəzində təşkil olunacaq “Travel Businness Azerbaijan 2020” işgüzar forumu çərçivəsində keçiriləcək.
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ilk dəfə keçiriləcək “Travel Businness Azerbaijan 2020” işgüzar forumuna qeydiyyat davam edir. Tədbir Avropa, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyadan 400-dən artıq turizm agentlikləri və turoperatorların, eyni zamanda işgüzar turizm üzrə ixtisaslaşan şirkətlərin, müxtəlif hava yolları şirkətlərinin nümayəndələri və rəhbərlərini yerli turizm sənayesi iştirakçıları ilə bir araya gətirəcək.
Forumda iştirak üçün qeydiyyat https://travelbusiness.az/ saytı vasitəsilə həyata keçirilir. “Travel Businness Azerbaijan” eyni zamanda gələcəkdə ölkənin turizm imkanlarının tanıdılması üçün mühüm platforma kimi çıxış edəcək.
şərhləri göstər
Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.
Commentics
Sorry, there is a database problem.
Please check back shortly. Thanks.