vaxtlı-vaxtında oxuyun! Cümə, 19 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
15:35 | 5 aprel 2020 | Bazar Məqaləyə 1559 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənilər narazıdır

Qarabağda etirazlar başladı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində martın 31-də keçirilən “parlament və prezident seçkiləri”nin nəticəsindən narazı qalan ermənilər etiraz aksiyası keçiriblər.

200-dən çox erməni Xankəndi şəhərində toplaşaraq “seçki” saxtakarlığına etirazını bildirib.

Aksiya iştirakçıları “seçkilərin” nəticəsinin ləğv olunmasını, qondarma qurumun rəhbəri Bako Saakyanın, “polis rəisi” Levon Mnatsakanyan və “Təhlükəsizlik Şurasının katibi” Arşavir Qaramyanın istefasını tələb ediblər.

Narazı ermənilər “seçkilər”in mənasız olduğunu deyiblər. Onlar saxtakarlıq və qanunsuzluğun hökm sürməsindən şikayətləniblər.

Azvision.az xatırladır ki, Qarabağdakı separatçı qurum martın 31-də “prezident və parlament seçkiləri” keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək “seçkiləri” tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın “seçkilər” keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək olub.