Serbiyaya rəsmi etiraz
Ermənistana minaatan və digər silah-sursatlar göndərən ölkənin elçisi XİN-ə çağırılıb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Dunayda batmış gəmi tapılıb
Nasist Almaniyasının Qara dəniz hərbi donanmasına aid imiş
-
Serbiyanın “pasport” siyasəti fiaskoya uğradı
Kosovo vətəndaşları AB-yə vizasız daxil olacaqlar
-
Serbiyanın “pasport” siyasəti fiaskoya uğradı
Kosovo vətəndaşları AB-yə vizasız daxil olacaqlar
-
Viçiç üçün geri sayım başladı
Serbiya ilə AB arasında Rusiya gərginliyi!
-
“Masada olmasan, menyuda olacaqsan”
Vuçiç: “Serbiyanın nə düşündüyünü söyləmək üçün gəldim”
-
Serbiya üçün unikal şans
Əliyevin Belqrad səfəri və Qərb-Rusiya qovğasının yaratdığı pərdəarxası məqamlar
-
İki yarımadanın maraqları
Vuçiç Əliyevdən nəyi öyrənmək istəyir?
-
4 ildə 2 dəfə artıb
İnkişaf potensialı qeyri-neft sektoru üzrə də böyükdür
-
Münaqişə ocağı alovlanır
Avropada daha bir müharibə başlayır?!
-
Serbiyanı sel basdı
Raska bölgəsində fövqəladə vəziyyət elan edildi
-
“Son dərəcə əlverişli”
Serbiya Putinlə təbii qazla bağlı razılaşma əldə etdiyini açıqlayıb
-
“Sərkisyan izi”
Serbiyadan Ermənistana göndərilən silah-sursat olayında şübhəli məqamlar
-
Balkanlarda etnik gərginliyin alovlanması təhlükəsi…
Kosovo-Serbiya torpaq dəyiş-düyüşü niyə Putinə sərf edərdi?
-
Nəhəng kotlet
Serbiyanın Leskovats şəhərində kabab festivalı
-
Lezbiyan Serbiyanın baş naziri olacaq
Mühafizəkar, cinsi azlıqlara nifrətlə yanaşan cəmiyyət Ana Brnabicə münasibəti necə olacaq?
-
«Oxfam»dan şok hesabat
Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər...
Serbiya Respublikasının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Xarici İşlər Nazirliyinə çağırılıb və nazir müavini Xələf Xələfovla görüş keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən ASAN Radioya verilən məlumata görə, görüşdə X. Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minaatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyini qarşı tərəfə bildirib.
O, Ermənistan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı əsasən müxtəlif kalibrli minaatanlardan istifadə edildiyini, sərhədyanı yaşayış məntəqələri və mülki əhalinin təhlükəsizliyini təmin edən Azərbaycanın hərbi qüvvələrinin mövqelərinin artilleriya və minaatan atəşlərinə məruz qaldığını, Ermənistan hərbi qüvvələrinin xain hücumlarının qarşısının alınması zamanı Azərbaycan hərbi qüvvələrinin bir generalı və 10 hərbi qulluqçusunun, o cümlədən bir nəfər sərhəd kəndinin sakininin həlak olduğunu qeyd edib.
Nazir müavini Azərbaycan Respublikası və Serbiya Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu, bu xüsusda, 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.
Həmin sənədlərdə Azərbaycan və Serbiyanın bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıdığı qeyd olunub. Serbiya tərəfinin Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub.
Nazir müavini xatırladıb ki, strateji tərəfdaşlıq sənədinə əsasən tərəflər sülhə və sabitliyə təhlükə zamanı adekvat reaksiya vermək məqsədilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığı prioritet istiqamətlər kimi müəyyən etmişlər.
X. Xələfov bildirib ki, Azərbaycan Respublikası iki ölkə arasında strateji tərəfdaşlığa sadiq qalaraq çətin vaxtlarda dost Serbiyaya həmişə yardım əlini uzadır və bu Serbiya rəhbərliyi tərəfindən dəfələrlə minnətdarlıqla qeyd edilib. O bildirib ki, Azərbaycan Serbiyanın ərazi bütövlüyünə dəstək məsələsində də hər zaman ardıcıl mövqe nümayiş etdirib.
Nazir müavini, Ermənistana silah göndərilməsi məsələsinin hər zaman, o cümlədən də ikitərəfli əlaqələrimizin gündəliyində duran həssas bir mövzu olduğunu vurğulayıb.
Bu xüsusda, Serbiya tərəfinin Ermənistanın işğalçı siyasətinə və Azərbaycanın ərazi bütövlüyünə qarşı davam edən təcavüzünə dəstək xarakteri daşıyan qeyri-dost addımının Azərbaycan xalqında və rəhbərliyində dərin təəssüf və acı məyusluq doğurduğunu bildirilib. X.Xələfov bu cür qeyri-dost fəaliyyətlərin Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq münasibətlərini və strateji tərəfdaşlığa xələl gətirdiyini, yüksək səviyyədə mövcud qarşılıqlı etimada kölgə saldığını vurğulayıb.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistanın Cənubi Qafqaz istiqamətində vəziyyətin destabilizasiyasına səbəb olan, regiondakı təhlükəsizlik və sabitliyə xələl gətirən hərbi təxribatının məkrli dərin qatlı məqsədlərinə işarə edərək, Serbiya Respublikasından izahat və bu cür hərəkətlərə gətirib çıxaran səbəblərin aradan qaldırılmasını gözlədiyini bildirib.
Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib, baş vermiş bu hadisələrdən təəssüf hissi keçirdiyini və bu hadisələrin Serbiya-Azərbaycan strateji tərəfdaşlıq və dostluq münasibətlərinə xələl gətirməyəcəyinə ümidvar olduğunu qeyd edib.