
“Hər şeyi dayandıraq!””
Fransada etirazlar səngimiz
Fransada etirazlar səngimiz
Fransada isə yeni baş nazirə qarşı etirazlar davam edir
Fransa Makron əleyhinə etirazlarla günə başladı, fermerlər traktorlarla yolları bağlayıb
Fransada “Hər şeyi dayandır!” etirazları başladı
“Fransadakı etirazlarda “Telegram”ın istifadə olunmasından qürur duyuram”
Makron müdafiə nazirini Fransa hökumətinin başına gətirdi
İstefaya göndərilən Baş nazirdən vida çıxışı
Fransada yeni baş nazir kim olacaq, masada kimlərin adı var?
Fransada hökumət çökdü – Makronu nə gözləyir?
Makron hökumətin devrilməsindən sonra yeni baş nazirini təyin edəcək
Fransa parlamentində etimad səsverməsini ala bilməyən Bayru hökuməti devrildi
Fransadakı etimad səsverməsi istiqrazları sarsıtdı
Fransanı xaotik həftə gözləyir
Etimad səsverməsindən sonra ölkəni nələr gözləyir?
Makron ifrat sağçı, Bayru isə solçu liderlərin qapısını döyüb
Mümkün 3 ssenari
Fransa siyasi həyatında elə də tanınmayan və yeni mərkəzçi hərəkat yaratmış Emanuel Makron, Sosialist Partiyasından çıxıb və François Oland hökumətində nazir olub. Makron 2017-ci il prezident seçkilərinin birinci turunda ənənəvi sağ və sol partiyalarını əzdi. İkinci turda ifrat sağçı Marine Le Penə qalib gəldi və sürpriz olaraq ölkənin yeni prezidenti seçildi. Bu 5 ildə əsasən Sarı jiletlilərin etirazları, COVİD 19 pandemiyası, ölkədə işsizliyin artması, sonda Ukrayna-Rusiya müharibəsi ilə yadda qaldı.
2022-də ənənəvi sağ və sol partiyalar yenidən ən biabırçı nəticə göstərdi və yerlərini yenə ifratlara verdilər. Bu səfər daha güclü ifrat solçu Jan Luc Melekon və Marine Le Penin yanında populist, ifrat millətçi Eric Zemmur (7 faiz səs qazanmışdı – təqribən 2 milyon seçici) peyda oldu. Seçkilərin ilk turunda Macron, Melenkon və Le Pen demək olaraq, aşağı-yuxarı, hərəsi 20 faiz səs aldılar. Makron yenə də xanım Le Penlə ikinci tura qaldı və qalib gələrək növbəti dəfə Fransa Prezidenti seçildi. Ancaq bu qalibiyyətdirmi!?
Son illərdə ifrat qüvvələrin meydana çıxması Emnanuel Makronun ilk 5 illiyində daha da gücləndi. Bu seçkilərdə yenə də fransızlar Makrona onun ideyalarına görə yox, daha çox ifrat qüvvələrin qarşısını almaq, ənənəvi respublikaçılığı qoruyub saxlamaq üçün səs verdilər.
Maraqlı olan isə növbəti 5 illikdir: Makronun (qalib gəlsə də) qeyri-populyarlığı fonunda İrəlidə hələ, olduqca zəifləmiş ənənəvi siyasi partiyalarla, yenidən güclənmiş və bu gecədən sonra yeni bloklar yaratmağı qərara almış ifrat sağ və sol qüvvələrlə parlament seçkiləri, yerli və regional seçkilər, Avropa Parlamenti seçkiləri və s. kimi siyasi mübarizələr var. Xülasə, 2017-də meydana çıxan Makron kimi 2027-ci ildə də Fransada yeni qüvvə, yeni lider peyda olmalıdır.
Bu yöndə gözləntilər ekolojistlərdəndir (yaşıllar). Ekolojistləri də gücləndirən, şəxsən ekolojist ambisiyalı olan Makron hakimiyyəti oldu. Onlar son illərdə ölkənin bir çox şəhərlərində bələdiyyə seçkilərini qazana biliblər. Ekoloji problemlərin gələcəkdə daha da aktual olduğunu nəzərə alsaq, niyə də yox!?