vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNEY  
16:39 | 17 may 2022 | Çərşənbə axşamı Məqaləyə 609 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Güneyli fəal həbsdən çıxıb

Əkbər Hüseyni Təbriz həbsxanasında cəza çəkirdi

Əlirza QULUNCU

Məcburi hərbi xidmətdə olan Əkbər Hüseyni həbs müddətini başa vurduqdan sonra Təbriz həbsxanasından azad olunub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Əkbər Hüseyni hərbi məhkəmə tərəfindən “nizama qarşı təbliğat fəaliyyəti göstərmək” ittihamından 4 ay, “nizama müxalif qruplaşmalara üzv olmaq” ittihamından isə 9 ay həbsə məhkum edilmişdi.

Əslən Şərqi Azərbaycan vilayətinin Mərənd şəhərindən olan Mir Əkbər Hüseyni HRA agentliyinin xəbərinə görə, təqribən bir həftə əvvəl sərbəst buraxılıb.

O daha əvvəl həbs müddəti başa çatmadan şərti azadlığa buraxılmış, ancaq bir neçə ay öncə yenidən həbs edilmişdi.

Agentliyin bildirdiyinə görə, Hüseyni 2019-cu ilin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlarla əlaqədar mühakimə edilən müttəhimlərə yardım etdiyi üçün 2021-ci ilin yanvar ayında saxlanılmışdı. Onun həbsdə olduğu günlərdə məmurlar tərəfindən döyüldüyünə dair xəbərlər yayılmışdı.