vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
GÜNDƏM  
18:55 | 18 may 2022 | Çərşənbə Məqaləyə 872 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın mənasız məntiqi...

Narkotik qaçaqmalçıları ilə mübarizə Tehranı niyə narahat edir?

ELXAN

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, səfir Litzenberger Müdafiə Departamentinin Azərbaycanla təhlükəsizlik əməkdaşlığını müzakirə etmək üçün ABŞ-ın Avropa Komandanlığının Birgə İdarələrarası Mübarizə Mərkəzinin nümayəndə heyətini Bakıda qarşılayıb. Səfirliyin yaydığı məlumatda o da bildirilib ki, ABŞ səfirliyi Xəzər dənizində dəniz təhlükəsizliyini gücləndirmək və sərhədlər boyunca narkotik alverçilərinə qarşı tədbirlər görmək məqsədilə Azərbaycanın tərəfdaşı olmaqdan qürur duyur.

ABŞ Azərbaycanın Gömrük və Sərhəd Xidmətiylə uzun illərdir əməkdaşlıq edir, dövlət strukturlarımızı müxtəlif avadanlıqlarla təchiz edir. Əsas məqsəd sərhəddə Azərbaycanın narkotik alverçilərinə qarşı mübarizəsini gücləndirməsidir. Azərbaycana qonşu olan ölkələrdən sərhəddən narkotik yalnız bir ölkədən – İrandan keçir. Elə ABŞ heyətinin Bakıya gəldiyi gün İranla sərhəddə yenə də narkotik alverçilərlə silahlı insident baş verib. Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

İran hər zaman üçüncü ölkələrin Xəzərdə fəallığının əleyhinə olub. Ancaq Amerika Azərbaycan sərhədinin daha yaxşı qorunması və narkotik qaçaqmalçıları ilə mübarizə məqsədilə Bakıya gərəkli avadanlıqlar verirsə, Tehran hansı məntiqlə bunun əleyhinə çıxa bilər?