vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
DİGƏR NÖVLƏR  
17:51 | 12 iyun 2022 | Bazar Məqaləyə 1290 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ferstappen birincidir

Formula 1 Azərbaycan Qran-prisinin qalibləri mükafatlandırılıb

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 12-da Bakıda “Formula 1” Azərbaycan Qran-prisinin final yarışı keçirilib. Yarışın qalibi niderlandlı pilot Maks Ferstappen (“Red Bull” komandası) olub. Yarış başa çatdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Sonra qaliblərə kuboklar təqdim olunub.

Qalib Maks Ferstappenə kuboku Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov təqdim edib.

“Red Bull Racing” komandasının nümayəndəsinə kubok Beynəlxalq Avtomobil Federasiyasının (FİA) prezidenti, ralli üzrə keçmiş pilot Mohammad ben Sulayem tərəfindən təqdim olunub.

Azərbaycan Qran-prisində ikinci yeri tutan Serxio Peresə (“Red Bull Racing) kuboku Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, üçüncü pillədə qərarlaşan britaniyalı Corc Rasselə (“Mersedes”) isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-prisinin kuboku Şuşanın 270-ci ildönümünə həsr olunub. Yarışın rəsmi mükafatı Azərbaycanın əzəli torpaqlarına – Şuşaya qovuşması və “Şuşa İli” münasibətilə şəhərin ən qədim abidələrindən sayılan Yuxarı Gövhərağa məscidinin minarələrinin elementlərini əks etdirir. Kubok üzərindəki naxışlar qabarıq lentlərlə üç hissəyə bölünmüş və rəngli daşlarla bəzədilmiş minarələrin kərpiclə hörülmüş səthini xatırladır. Milli naxış və elementlər yarışın saf gümüşdən hazırlanmış dörd kubokunun (pilotlar üçün 1, 2 və 3-cü yer kuboku və konstruktorlar kuboku) üzərində mövcuddur. 

Bakı trasında “Ferrari”nin pilotları Karlos Sayns və Şarl LeklerİN sona qədər yarışa bilməməsi “Red Bull” komandasına xeyir verib. Maks Ferstappen Azərbaycan Qran-prisində qələbə ilə ümumi liderliyini bir qədər də möhkəmlədərək  aktivindəki xalların sayını 150-yə çatdırıb.

Azərbaycan Qran-prisini ikinci tamamlayan “Red Bull”un digər pilotu Serxio Peres xalını 129-a yüksəldib. “Ferrari”nin pilotu Şarl Lekler 116 xalda ümumi sıralamada üçüncüdür.

Mühəndislər kubokunda isə “Red Bull” liderliyini daha da möhkəmlədib – 279 xal. “Ferrari” 199 xalla ikinci sırada qalıb, üçüncü yerdə “Mercedes” (161).qərar tutub.