vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
SAĞLAMLIQ  
10:06 | 19 iyun 2022 | Bazar Məqaləyə 1081 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xroniki ağrı nədir ...

... və onunla necə mübarizə aparmaq olar?

“İpsos” konsaltinq şirkətinə sifariş edilən, 16-75 yaş aralığındakı 4000 insanın cəlb olunduğu araşdırma nəticəsində məlum olub ki, Britaniyada yetkin yaşlı şəxslərin dörddə birində xroniki ağrılar var. Onlardan biri də Cen Prudlerdir.

Bir neçə səhv diaqnozdan sonra, nəhayət ki, bir neyrocərrah Cenə onurğasında “olduqca böyük” yırtıq olduğunu, diskin sürüşərək ətrafındakı sinirləri sıxdığını deyib.

Amma ona bu diaqnoz qoyulanda Cenin bədənində artıq nələrsə dəyişməyə başlamışdı, immun sistemi ağrıya cavab olaraq həddindən artıq güclənmişdi. Ağrı artıq bütün bədəninə yayılmışdı; ayağında yanma, sancma və ülgüclə kəsilibmiş kimi kəskin ağrı hiss edirdi. Bəzən bu ağrı o qədər güclü olurdu ki, paltarının dərisinə toxunmasına belə dözə bilmirdi.

“Sinir sistemimiz getdikcə daha çox qoruyucu olmağa başlayır - təhlükəni hiss edərək xəbərdarlıq siqnalları göndərir, bu da öz növbəsində ağrıları artırır”, – Liverpul Milli Səhiyyə Xidmətinin nəzdindəki özəl klinikanın direktoru doktor Kris Barker belə deyir.

Baker həmçinin qeyd edir ki, belə ağrılara diaqnoz qoymaq çətindir, bu isə düzgün müalicəni çətinləşdirərək vəziyyəti daha da pisləşdirə bilər: “Səhv diaqnozlar, gecikmiş diaqnozlar, səhiyyə sistemindəki mənfi təcrübələr, inamsızlıq - bütün bunlar ağrının daha da şiddətlənməsinə səbəb ola bilər”.

Barker xroniki ağrıların çox yayğın olduğuna diqqət çəkir: “Digər xəstəliklərin çoxunu kölgədə qoyur”.

Əvvəlki dövrlərə aid araşdırmalar göstərir ki, Britaniyada əhalinin 20-50 faizində belə ağrılar var və yaş artıqca ağrılar daha çox yayılır.


Xroniki ağrı nədir?


– Dərmanla və ya digər üsullarla müalicəyə tabe olmayan, üç aydan çox davam edən davamlı ağrı xroniki ağrıdır.

– İkinci dərəcəli xroniki ağrı artrit, endometrioz, xərçəng kimi başqa xəstəliklərin səbəb olduğu ağrılardır.

– İlkin xroniki ağrı özü-özlüyündə bir xəstəlikdir; yəni bu ağrıdan başqa hər hansı xəstəliklə bağlı diaqnoz qoyulmayıb. Bura fibromialgiya və ya lokal ağrı sindromu kimi xəstəliklər daxildir.

– Xroniki ağrını tez-tez kəskin ağrılarla qarışdırırlar: sümük sınığı və ya əzələ yırtığı zamanı hiss olunan qısamüddətli, müvəqqəti ağrılar kəskin ağrılardır.

Britaniyanın səhiyyəyə nəzarət orqanının (NİCE) məlumatına görə, ilkin xroniki ağrı opioidlərlə və hətta ən yayğın ağrıkəsici preparat olan parasetamolla da müalicə edilməməlidir. Amma bəzən Şotlandiyada opioidlərdən bu məqsədlə istifadə edə bilirlər.

“İpsos”un araşdırması göstərir ki, xroniki ağrıyla yaşayanların təxminən dörddə biri hazırda opioidlər qəbul edir - kodeindən tutmuş morfin və fentanil kimi daha güclü ağrıkəsicilərə qədər.

Belə dərmanlar qısamüddətli kəskin ağrılar üçün effektli olsa da, uzunmüddətli davamlı ağrılara təsir etməsi barədə çox az dəlil var.

Buna baxmayaraq 1998-2018-ci illərdə opioid reseptlərinin sayı iki dəfədən də çox artıb. Britaniyanın dərmantənzimləyici qurumu (MHRA) bununla bağlı asılılıq və yüksək doza riskiylə bağlı təkrarən xəbərdarlıq etməli olub.

Sorğunun nəticələrindən məlum olur ki, hazırda opioid qəbul edənlərinn 40 faizindən çoxu bu xəbərdarlıqdan beş il əvvəl onlardan istifadə etməyə başlayıblar.


Xroniki ağrılarla mübarizə üsulları


Xəstələr tez-tez ümumi praktika həkimlərinin, fizioterapevtlərin, psixoloqların və əczaçıların dəstəyinə ehtiyac duyurlar.

Situasiyadan asılı olaraq dərmanlarla müalicə effekt verə bilər, amma bu, müalicənin yalnız bir hissəsi ola bilər.

Digər köməkçi elementlər aşağıdakılardır:

“İpsos”un sorğu nəticələrində belə bir statistika da var: xroniki ağrıları olan şəxslərin 23 faizi cərrahi əməliyyat və ya ağrıya nəzarət proqramı üçün növbə gözləyirlər.

Son 20 ildə ağrıyla bağlı elmi araşdırmalarda böyük irəliləyişlər qeydə alınıb.

Yeni araşdırmalar göstərir ki, ağrı heç də həmişə fiziki zədələrdən qaynaqlanmır, bəzən heç bir fiziki problem görünməyəndə də yarana bilir.

Ona görə də MRT müayinəsi kimi üsullar ağrının səbəbini tapmaqda faydalı olmaya bilər. (BBC)