

“Qiyamət saatı” bir saniyə irəli çəkilib
Səhiyyə işçilərinə qurumla işi dayandırmaq əmr edildi
DST Meymun çiçəyi və “COVİD-19” arasında ötürülmə fərqinə diqqət çəkib
DST dünyanın gözlədiyi açıqlamanı verdi – peyvənd qərarı
DST-dən yeni çiçək xəstəliyi xəbərdarlığı
“Mümkün qlobal epidemiyalarla mübarizə” üçün ilk beynəlxalq müqavilə layihəsi hazırlanır
Dünya Səhiyyə Təşkilatından Ukrayna xəbərdarlığı
İndiyədək xəstəliyin endemik olmadığı ölkələrdə ondan ölüm halı qeydə alınmayıb
Xəstələrin 80 faizdən çoxu Avropadadır
Növbəti pandemiya elan olundu
58 ölkədə 3400-dən çox yoluxma
Əksəriyyəti mavilər və biseksuallardır
Koronavirusun laboratoriyadan sızması versiyası araşdırılmalıdır
Meymunçiçəyi epidemiyası realdır
Meymunçiçəyi virusu yeni qapanmalara səbəb olacaqmı?
Yayda meymunçiçəyi infeksiyanın yayılması sürətlənə bilər
“Azərbaycana meymunçiçəyinin diaqnostikası üçün minlərlə test gətirilməsi nəzərdə tutulub. Hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə yoxdur”.
Bu barədə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı iyunun 20-də jurnalistlərə açıqlamasında bildirib.
Hande Harmancının sözlərinə görə, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib.
“Bu xəstəliyi aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub,” o bildirib.
O həmçinin qeyd edib ki, meymunçiçəyi COVİD-19 kimi narahatedici səviyyədə deyil.
“Fərqli şəkillərdə yoluxduğu üçün insandan-insana çətinliklə keçir. Çox təlaşa düşməmək lazımdır. Lakin həmin xəstəliyi də müşahidə altında saxlamalıyıq”, – Hande Harmancı bildirib.
Dünyanın bir sıra səhiyyə rəsmiləri Avropada və başqa yerlərdə meymunçiçəyinə yoluxmaların artmasından narahatdır. Ekspertlər hazırkı meymunçiçəyi virusunun aktiv səpkisi olan şəxslə sıx dəri təması vasitəsilə yoluxduğunu qeyd edir. Onların fikrincə, bu, yoluxmalar aşkarlanan kimi xəstəliyin yayılmasının qarşısının alınmasını daha asan edir.