“Reket”lərin Məşədi İbad fəndi ...
3 üsulla idarə olunan sistem 15 ildir peşəkar formaya salınıb
Şöhrət EL-DƏNİZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Yalan xəbəri ifşa edənlərə inam azalıb
Məlumatın düzgünlüyünə şübhə yaransa belə, jurnalistlərə münasibətdə vəziyyət dəyişmir
-
MEDİA elektron qəzet satacaq
Bəs həmin qəzetləri kim alacaq?
-
“Etika, müəllif hüquqları və jurnalistika”
Jurnalistlər üçün təlimlər başlayıb
-
160 müraciətin 100-ü daxil olunub
40 media resursu cavab gözləyir
-
MEDİA saytlara dəstək üçün müsabiqə elan etdi
Sənədlər elektron formada qəbul olunur
-
Hər ay 18 min manat ...
Çap mediasına dəstək müsabiqəsi
-
Jurnalistlərə müjdə
Media mənsubları ipoteka krediti ala biləcək
-
“Heç bir məhdudiyyət yoxdur”
Əhməd İsmayılov: “Bəzi ekspertlər “Media haqqında” qanunla bağlı yanlış müzakirələrə yol açır”
-
Forma və məbləğ təsdiqləndi
Baş nazir jurnalist vəsiqələri ilə bağlı qərar imzaladı
-
Telejurnalistlər üçün təlimlər
“Əl-Cəzirə”nin əməkdaşı nələrdən danışacaq?
-
Prezident mətbuatla bağlı fərman imzaladı
Media Reyestrinin aparılması qaydaları təsdiq olundu
-
Media Reyestrinin aparılması qaydaları
Prezident İlham Əliyev fərman imzaladı
-
Yüz cibdən çıxanlarla ...
...Barmaq sayı qədər olan vicdanlıların fərqi
-
Jurnalistlər bir araya gəldi
Media nümayəndələri 3-cü bina ətrafında müəmmanın aydınlaşmasına çalışır
-
Media islahatları mövzusunda konfrans keçirilib
Agentliyin yenilənmiş veb-saytının təqdimatı olub
-
İnsanlara təsirsiz ötüşmür
Məlumatların bu qədər çox yayılması passiv duyğunu aktivləşdirir
“Məşədi İbad” filmində belə bir epizod var. Məşədi İbad evlənmək istədiyi bəy qızını Sərvərlə bir yerdə tutur və divarın çöl üzündə qaldığına görə heç nə edə bilmir. Problemi həll etmək üçün “dostlara” müraciət edir. Dostları da bir-birilərinə qaş-göz edərək növbə ilə Məşədidən pul alırlar. Ki, bəs biz bəyi və qızını öz qəzetəmizdə biabır edəcəyik.
Niyə bu epizodu xatırlatdım? İndi izah edəcəyəm...
Hamımız mətbuatdakı “reket”çiliklə mübarizədən danışırıq. Amma heç vaxt səbəbdən və tətbiq edilən mexanizmlərdən danışmırıq. Həmişə nəticə görəndə hay-küy salırıq. Ona görə bəzi səbəblər barədə deyim bilin.
Əslində mediada “reket”çilik böyük və bütöv bir sistemdir. Özünün informatorları, ciddi pul dövriyyəsi olan orqanizmdir. Və 15 ildir bu sistem peşəkar formaya salınıb. Bu sistemdə tətbiq olunan 3 “priyom” barədə məlumat vermək istəyirəm.
1. Hədəf seçib, şantaj etdikləri şəxsdən pul qopartmazdan əvvəl Məşədi İbad filmində olduğu kimi bir-birilərinə “navodka” verib, mətbuatda qaş-göz oynadanlar. Məsələn:
Biri hansısa yolla kimdənsə pul alırsa, dərhal mətbuatdakı bütün dostlarına “navodka” verir ki, o şəxsi bu cür şantaj etsən pul qoparacaqsan. Hələ özü aldığı puldan əlavə “navodka” verdiyindən də “dolya” alır.
2. Bir qisim də özünü guya normal, peşəkar mətbuat nümayəndəsi, media “bossu”, “kapitan”ı sayır. Hər yerdə o cür qəbul olunur. Sözü hər yerdə keçir. Bütün günü efirlərdə. Yuxarı başda otuzdurulur. Elə yuxarı başda oturduğuna görə də şantaj edə biləcək məlumatlar əldə edə bilir. Amma dediyim kimi özünü elə göstərir ki, guya bu “aydan arı, sudan durudur”. “Reket”çiliklə məşğul olmur, əksinə mübarizə aparır, tənqid edir. Amma əlinin altında başqasının adına 3-4 sayt və “reket” jurnalistlər ordusu, sosial şəbəkələrdə trollar saxlayır. Əldə etdiyi məlumatları dərhal ötürür onlara.
Və hədəfə alınan bədbəxtin “sağılma” prosesinə start verilir.
3. Digər bir variant. Bəzi dövlət qurumlarında işləyən rüşvətxor məmurlarla ciddi iş birliyinə gedirlər. Onlar “jurnalistlərə”, “baş redaktorlara” “vurmaq”, şantaj etmək istədikləri məmur haqqında informasiya verir. Bunlar da həmin informasiyadan bəhrələnib, şantaj yolu ilə pul qazanırlar. Bununla da hər iki tərəf razı qalır.
Bəli, bu cür qəliz bir sistem qurub pul qazanırlar. Arada bir ifşa olunanlar isə bu sistemin ən zəifləri və ağılsızlarıdır. Yeni başlayanları, “krişa”sı olmayanlar da demək olar. “Əjdaha”lara isə yaxın düşmək mümkün deyil. Hər halda illərdir bunun sübutunu görürük.
Digər tərəfdən mətbuatda reklam bazarı deyib haray salırıq. Ki, bu bazarı şəffaf edin, dolanaq. Və yaxud deyirik ki, Azərbaycanda niyə mətbuata ayrılan reklam pulları bu qədər azdır.
Bəli, azdır...
Amma yaradılan bu cür “reket” sistemindən milyonlarla manat pul qazanılır.
Deməyim odur ki, mübarizə aparılırsa ardıcıl, sistemli və köklü aparılmalıdır. Ələ keçən 2-3 “yetim” “reket” jurnalisti qabağımıza qoyub söyməklə iş bitmir. Bu sistemi peşəkar yaradıblar. Yuxarıda yazdığım kimi 15 ildir kök atıb. Və saat mexanizmi kimi işləyir. Ona görə əvvəlcə “media reketləri” kəlməsindən media sözünü çıxartmalı, sonra da bu sistemi yerli dibli məhv etmək, kökündən qazımaq lazımdır.