vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
MÜBHƏM  
13:41 | 15 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 742 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xomeyni mason olub!?

Diktator inqilabdan sonra təşkilatın 700 nəfər üzvünü edam edib

Zaur ƏLİYEV, dosent

MÖVZU İLƏ ƏLAQƏLİ

İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu Ruhullah Mustafavi Musəvi Xomeyni 1989-cu ildə 4 iyun tarixində Tehran şəhərində vəfat edir. Onun ölümündən sonra dünyanın bəzi nüfuzlu qəzetlərində “Qardaşımız Əbədi Şərqə getdi” və “Kədərimiz sonsuzdur” cümlələri ilə başsağlıqları dərc edilir. Dünyanın nüfuzlu qəzetlərində bu cürə imzasız başsağlıqları verənlər kimlər idi? Ümumiyyətlə bu cürə cümlələri kimlər istifadə edir sualına cavab tapmaq üçün dünyanın ən sirli və gizlinləri ilə bol olan Masonluq sistemi və onun lojalarının fəaliyyətindən az çox məlumatlı olmaq kifayət edər. Masonluq barədə çox yazılıb deyə (əslində masonluq barədə bu günə qədər heç kim düz heç nə yazmayıb) bu barədə yazmaq istəmirəm. Qısa olaraq deyim ki, masonlar ümumiyyətlə dünyada çox mühüm vəzifələr tuturlar. Bu sistemdə 31 və 33-cü dərəcələri olduqca yüksəkdir. İdarəçilik səviyyədir... Buraya gəlmək çox zəhmət tələb edir və uğur qazananlar çox önəmli insanlardır. 33-cü dərəcəli Mason, “Baş Hakim Böyük Müfəttiş” adlanır.

Keçək mətləbə, yüksək dərəcəli mason öləndə 33-cü dərəcəli masonların xüsusi bir ritualı işə düşür. Əvvəla, mason öləndə o biri qardaşlar “öldü” demirlər. “Qardaşımız Əbədi Şərqə getdi” deyirlər. Hətta qəzet elanlarında “Kədərimiz sonsuzdur” cümləsi işlədilir. Yaxşı bəs ömrünün böyük hissəsini massonluğa qarşı mübarizə aparan kimi təqdim edən Xomeyninin bu sistemlə nə əlaqəsi ola bilər?

İndi isə daha ətraflı: Məlumdur ki, dünyanın bir çox ölkələrində (Azərbaycanda da) mason təşkilatları fəaliyyət göstərir. Amerika və Britaniyada köklü mason lojaları onları öz ətrafında toplayıblar. Britaniya və onun ətrafında olanlar Şotland Mason Loja sistemindən istifadə edirlər, Amerika sistemi isə bir az fərqlidir və onlar əsasən dünya prezidentləri və nüfuzlu xadimlərinin seçilməsi və təyin edilməsi ilə məşğul olurlar. İran İslam Respublikasının 1-ci Ali Rəhbəri Ruhullah Mustafavi Musəvi Xomeyni gənc yaşlarından Britaniya-Şotland mason lojasının üzvü olub. Onun 33-cü dərəcədə Baş Hakim Böyük Müfəttiş olduğu da bəllidir və onun Mason lojası ilə ilk tanışlığı Türkiyədə Bursa Çekirgedə sürgün həyatı yaşadığı zaman olub. Şah 1964-cü il noyabrın 4-də Xomeynini Türkiyəyə sürgün etdi. Türkiyədə onun qaldığı evi ziyarət edən  22 yaşlı gənc din xadimi tərəfindən masonluq ideyalarını qəbul etdiyi mənbələrdə deyilir. Bu gənc Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agenti olan Fətullah Gülən idi. O məhz Xomeynini massonluq ideyaları ilə tanış etmək və öz sıralarına dəvət etməkdə görəvli idi. Xomeyni İrana qayıtdıqdan sonra, yəni 2 fevral 1979-cu ildə Gülən bu cümlələri deyib: “İran İslam İnqilabı İslami bir hərəkatdır, bu mövzuda müxtəlif şərhlər verənlər var. Bu məsələdə çox diqqətli və ehtiyatlı olmalıyıq. Biz bunu islam hərəkatı kimi qəbul edirik, mənim şəxsi fikrim budur ki, Xomeyni səmimidir. Şiələrin Cəfəri qolundan olsa da, arxasında son dərəcə səmimi və dindar professorlar dayanır. İnqilab Şurası onlardan yaradılacaq. O, Pakistandakı liderlər kimi səhv etməyəcək”.

Fransada sürgündə olan zaman Xomeyni “inqilab hazırlıqlarını” görməklə yanaşı  və  ölkəsində mason təşkilatını quran Abduhla  Əfqani ilə  birlikdə Fransada “Əhli-sünnə/Cumhur-i İslama” qarşı bayraq qaldıraraq “el-Urvetü’l-Vüska”  qəzetini nəşr etdirdi.

Xomeyni İrana qayıdandan sonra Amerika sisteminə qarşı savaş açır. O, Amerika tərəfindən yaradılan mason lojalarına qarşı amansız addımlar atır. İranda İslam İnqilabı baş verəndən sonra masonluq qadağan olundu, Xomeyni hökuməti baş masonun evində ələ keçirilən 700 nəfərlik siyahıdan istifadə edərək masonları ələ keçirdi; həbs etdi, əmlakını müsadirə etdi, edam qərarları verdi.

Avropa, Amerika və Kanadaya qaça bilən iranlı masonlar Amerikadakı mason məbədlərində işlərini davam etdiriblər. Amma  İranda Amerika himayəsində olan lojalar məhv edildi, üzvlər təqib edildilər. Xomeyni isə 30 nəfər özünə sadiq ruhani ilə Britaniya-Fransa lojası sistemində yeni loja yaradır.  Xomeyni 1970-ci illərdə formalaşan baxışları çərçivəsində Vilayət-i Fəqih nəzəriyyəsini irəli sürdü. Vəlayət-i fəqih tezisinə görə, imamın qeybət zamanı dövləti ədalətli fəqih idarə etməlidir. Bu ədalətli Fəqihlər isə müqəddəs Lojaya daxil olan imamlar olmalı idilər. Inqilabçılar şahı devirməyə nail olanda ilk işlərdən biri monarxistləri mühakimə etmək üçün tribunalın yaradılması oldu. Tribunal səkkiz nəfərdən, böyük din xadimlərinin nümayəndələri, Məclis deputatlarının nümayəndələri və ya Məclis deputatlarının özündən ibarət idi, onlardan altısı İran masonları, o cümlədən tribunalın sədri, Zəncanın din xadimlərinə rəhbərlik edən Şeyx İbrahim Zəncani İran Oyanış Lojasının üzvü idi. (Ageli B. Ruzshomare tarikhe Iran. T. 1. Tekhran, 1372 Kh. 588 s) “Mexico Herald qəzeti 1982-ci ilin oktyabrında gizli şəkildə keçirilən beynəlxalq mason konqresində iştirak etmək üçün Xomeynidən iki nümayəndənin: Seyid Məhəmməd Şirazi və Seyid Mahmud Zoalinin Meksikaya gəlməsi barədə məlumat dərc edib. Xomeyni və onun ətrafınınbeynəlxalq mason dairələri ilə əlaqələri əvvəllər də ifşa olunub. Seyid Məhəmməd Beheşti, Əbdülkərim Musəvi-Ərdəbili, Rəbbani Amolşi, Seyid Abdulla Şirazi və başqaları kimi Xomeyni aparatının bir sıra əsas şəxsləri İslam Mason Lojasında görünürdülər.

Çox maraqlıdır ki, bu gün İsraili düşmən elan edən Ruhullah Xomeyni 33-cü dərəcə aldığı zaman içdiyi andı unudubmu? Axı   33 dərəcə alan Ustadlar “İsrailin xilası, İsrailin izzəti və ən sonunda İsrailin Allahına həmd edir və xeyir-dua diləyirlər”.