vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
01:46 | 16 noyabr 2022 | Çərşənbə Məqaləyə 1231 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

28 ölkədən 186 universitet ...

Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrinin siyahısı təsdiqlənib

Bakalavriat və magistratura təhsil proqramlarının nüfuzlu xarici ali təhsil müəssisələri üzrə ilkin siyahısı müəyyən edilib.

Elm və Təhsil Nazirliyinin Təhsil islahatları sektorunun müdiri Leyla Xəlilova bildirib ki, müvafiq siyahı dünyanın 28 ölkəsinin 186 nüfuzlu ali təhsil müəssisəsini əhatə edir.

Hazırlanan siyahıda bakalavariat təhsil səviyyəsi üzrə yer alan  ümumilikdə 575 proqramın 33 faizi fundamental  və tətbiqi elmlər, 22 faizi mühəndislik, 20 faizini isə informasiya texnologiyaları təşkil edir. Magistratura təhsil səviyyəsi üzrə 3551 proqram arasında isə fundamental və tətbiqi elmlər, mühəndislik, informasiya texnologiyaları və statistika və verilənlərin təhlili üstünlük təşkil edir. Növbəti mərhələdə bu siyahıya yeni ixtisaslar, yeni ali təhsil müəssisələri  və yeni proqramlar əlavə olunacaq.

Dövlət proqramına dair sənəd qəbulunun elanı eləcə də tələb olunan sənədlərə dair ətraflı məlumat isə dp.edu.az internet səhifəsindən əldə oluna bilər.