
“Snapback”in müəllifi kimdir?
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Sergey Lavrov və Zərif arasında qarşıdurma
Deputatlığa namizəd Səfa əl-Məşhədani öldürüldü
Fars-molla rejimi artıq oyuncaqlardan da qorxur
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Yaxud istibdadın iki üzü
Sanksiyalardan ən çox ziyan çəkən əhali olacaq
İsrail casusu olduğu iddia edilən 10-cu şəxsi ən ağır cəza cəzalandırıldı
İran valyutası rekord həddə ucuzlaşdı
İranın nüvə proqramı barədə nə bilirik?
“BMT sanksiyaları Çinə neft satışını dayandıra bilməz”
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
İranlı deputat nüvə silahı prosesini gizli davam etdirməyi tələb edir
İki ölkə prezidenti İranın nüvə məsələsini müzakirə edib
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Nüvə yoxlamalarının bərpasını təmin edəcək razılaşma əldə olundu
Hindistan-İran-Ermənistan yaxınlaşması
İran Azərbaycanla münasibətlərin normallaşmasında maraqlı deyil. Dini lider Xameneyinin şəxsi tapşırığı ilə yaradılan “İran Press” informasiya agentliyi bu barədə məqalə dərc edib. Yazının bir cümlədə tərif etsək, fars-molla rejimi Azərbaycana ultimatum verir – ya İranla əlaqələrin normallaşdırılması və İsrail ilə əlaqələrin kəsilməsi, ya da münaqişənin davamı.
Həmin məqaləni Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin İranla münasibətlərin normallaşması perspektivlərinə dair 20 noyabr tarixli bəyanatına reaksiya kimi də adlandırmaq olar.
Məqalədə Hikmət Hacıyevin adıçəkilən açıqlamasından sitat verilir: “Təəssüflə qeyd edirik ki, son zamanlar İran İslam Respublikasının rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının etdikləri bəyanatlar iki ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olub”.
Buna cavab olaraq “İran Press” məlumat verir: “İkitərəfli münasibətlərin pozulması səylərindən sonra Azərbaycan rəsmiləri artıq ilki dəfə deyil ki, İranla normal əlaqələrdə olmaqda maraqlı olduqlarını deyirlər. Bununla yanaşı, Azərbaycan KİV-ləri anti-İran və antidin mövqelərini qoruyub saxlayırlar, İsraili isə müsəlmanların və şiə respublikası olan Azərbaycanın dostu kimi göstərməyə çalışırlar. İranla əldə edilən razılaşmalara baxmayaraq, Əliyev hökuməti israilliləri İran sərhədinə yaxın buraxdı. Belə davranışı xoş qonşu münasibətləri adlandırmaq olmaz. Müxtəlif xarici elementlər öz təhrikedici addımlarından əl çəkməyincə İran-Azərbaycan münasibətlərində ciddi dəyişikliklər baş verməyəcək”.
Noyabrın 20-də “SEPAH”a bağlı “Təsnim” informasiya agentliyi Xameneyinin beynəlxalq əlaqələr üzrə müşaviri Vilayətinin Azərbaycan barədə bəyanatını dərc edib.
Daha sonra Bakıdakı yüksək vəzifəli məmur bu haqda deyib: “Vilayətinin bəyanatı ikitərəfli münasibətlərdə gərginliyin aradan qaldırılmasına işarə kimi qəbul edilir, lakin “qardaşlıq və dostluq” haqda təkcə sözlər yetərli deyil. Bizim mənbə qeyd etdi ki, İran rəhbərliyinin əsl niyyəti dövlət KİV-lərinin ritorikasına, parlamentarilər və rəsmi şəxslərin çıxışlarına əsasən qiymətləndiriləcək.
“İran Press”in məqaləsindən belə qənaətə gəlmək olar ki, sülhə nail olmaq alınmayacaq.