
9 may gəldi...
Biz faşizmlə 35 il döyüşdük
Biz faşizmlə 35 il döyüşdük
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Mayın 9-da Həzi Aslanovun heykəlinə çələng qoymaq Moskvada olmaqdan daha əhəmiyyətlidir
... Yaxud ermənilərin fantaziyası, rusların populistliyi
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Azərbaycan 1000 illik türk hakimiyyətinin varisidir
Baş nazirin müavini Suriyada rəsmi səfərdədir
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Təkcə torpaq deyil yaddaş, xatirələr, uşaq gülüşləri, şəhid səslərin işğal olunmuşdu
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
Bakı, Ankara və London üzərlərinə düşəni etməyə çalışır
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Türk əsilli siyasətçinin İran prezidenti olmasının faydaları
Ermənistanın baş naziri Nikol Paşinyan anlamamış deyil ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “sülh qovşağının” Prezident İlham Əliyevin təbirincə desək, “bir qara qəpik” dəyəri olmayacaq. Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının sahiliylə də keçəcək, körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb. Bu yol tam gücüylə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq. Paşinyan bu baş verməsin deyə, İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir.
Təsadüfi deyil ki, Paşinyan bugünkü mətbuat konfransında “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini də əlavə edib. Böyük ehtimalla Paşinyan bu əlavəsiylə özünü müxalifətin ittihamlarından sığortalamağa çalışır. Məsələn burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu zaman Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Ancaq bunlar fərqli məsələlərdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsini ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz.
Bütün hallarda Paşinyan Zəngəzur dəhliziylə bağlı addım barədə düşünür. Onun “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir. Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərdiyi və cavab gözləməsiylə bağlı söylədiklərində də diqqət çəkən məqam var: “Onlar (Bakı) bunu nə adlandıracaq (kommunikasiyaların həlli üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa olsun biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”. Görünür, Paşinyan maneəsiz dəhlizə ayrı “ad” vermək istəyir ki, daxildə təzyiqlə üzləşməsin. Bizim üçün də dəhlizin necə adlanmasının fərqi yoxdur. Əsas odur ki, maneəsiz dəhliz mövcud olsun və Azərbaycan vətəndaşları passport yoxlamasına məruz qalmadan Ermənistan üzərindən qatarla və maşınla Naxçıvana keçə bilsinlər.