ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
10:14 | 7 fevral 2025 | Cümə
Məqaləyə 1273 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
ABŞ prezidenti Donald Tramp Oval kabinetdə televiziya ilə çıxışı zamanı masasının üzərində futbol üzrə dünya çempionatının maketi görünüb.
Kubok ABŞ-ın Kanada və Meksika ilə birlikdə 2026-cı ildə keçiriləcək turnirin birgə ev sahibi kimi rolunu təmsil edir. Tramp kuboku iyulun 19-da Nyu Cersidəki “MetLife” stadionunda oynanılacaq finaldan sonra turnirin qalibinə təqdim edəcək.
Tramp FİFA prezidenti Canni İnfantinonun yaxın dostu sayılsa da, Oval kabinetdəki kubok sadəcə maketdir.
İnfantino özünün “böyük dostu” adlandırdığı Trampı ABŞ prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik etmiş, sonra isə andiçmə mərasiminə qatılmışdı.
FİFA rəsmisi Trampın otağındakı kubokun orijinal olmadığını təsdiqləyib.
Tramp və İnfantino gələn ilki turnir ərəfəsində sıx-sıx əlaqə saxlayırlar. İsveçrəli rəsmi bu yaxınlarda İnstaqramdakı səhifəsində Floridada onunla görüşməkdən “şərəf duyduğunu” söyləmişdi.
Andiçmə mərasimindən sonra İnfantino Tramp tərəfindən ABŞ Kapitoliyasına dəvət edilmişdi.
Tramp bu yaxınlarda verdiyi açıqlamada “Olimpiada və (FIFA) Dünya Kuboku üçün sizin prezidentiniz olacağam”, – deyib.
İnfantino cavabında “(2026 FIFA) Dünya Kubokuna və Olimpiadaya (2028) evsahibliyi edəcəyiniz üçün hər kəsə təşəkkür edirəm. Gözəl vaxt keçirəcəyik”, – deyib.
2018-ci ildə də Oval Ofisdə olan kubokun maketi bu dəfə fərqli görünür.
Kubokun maketi ABŞ-ın dünyanın ən böyük idman tədbirinə ev sahibliyi etməyə hazırlaşdığını xatırladır. Oyunların keçiriləcəyi 16 stadiondan 11-i bu ölkədədir.
Dünya Kubokunun ev sahibləri olacaq ABŞ və Kanada arasında ticarət müzakirələri davam edərkən kubokun maketinin Oval Ofisdə görünməsi təəccüblə qarşılanıb.
Tramp Meksika və Kanadadan idxala 25 faiz, həmçinin Kanada nefti, təbii qaz və elektrik enerjisinə 10 faiz rüsum tətbiq edib.