
Distant təhsil müəmması
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Hökumət universitetlərin irəli getməsini niyə istəmir?
Keyfiyyət üçün saatın çoxluğu yox, məzmun dəqiqliyi, metodika düzgünlüyü və müəllimin hazırlığı əsasdır
Süni intellekt, yoxsa bugünkü dünya təhsil sistemi?
Artan dövlət dəstəyinin ardınca təhsilin keyfiyyətini artırmağa çağırış
... Yaxud elmə, təhsil və ziyalıya hörmətin qoyulmadığı mühit haqqında bir qeyd
“Oxumaq, yazmaq, hesablamaq uşaqlarımıza insan olmağa kömək edəndə vacib olur”
“Ətraf mühit uşağın öyrənmə sürətini və keyfiyyətini təyin edir”
Dörd fundamental dəyişiklik tələb olunur
Repetitorluq ləğv olunsa, uşaqlar yüksək nəticə göstərə bilərmi?
Həftədə 2 saatla kimya, fizika, biologiya öyrənmək olmaz
Yaxud dünya təhsil günündə Azərbaycan təhsilinin vəziyyəti
Səriştəli valideyn olmağın vacibliyi, yaxud təhsildə alman modeli
Hansı təhsilə üstünlük verməliyik?
Hətta iqtidarlar belə elmin tərəqqisinə mane ola bilmirlər (Leszek Kumor)
və ya tədris hansı dildə olmalıdır?
Elmlər doktoru alanların yaşı 60-dan yuxarı başlayır
Keçmiş Təhsil naziri, professor Firudin Cəlilov deyib: “Kurikulumu təhsilimizdən çıxarmaq lazımdır ki, şagirdlərimizin dili açılsın, onlar danışa bilsinlər”.
Həqiqətənmi kurikulumu təhsilimizdən çıxarmaq lazımdır?
Təhsil – çoxparametrli, çoxməqsədli, çoxtərəfli elmi əsaslar üzərində inkişaf edən mürəkkəb prosesdir. Təhsilin məzmunu, quruluşu, müddəti, vasitə və yolları, metodologiyası, idarə olunması, qiymtləndirmə üsulları və qarşılıqlı əlaqə əsasında həyata keçirilən digər məsələlər mürəkkəbliyi təsdiq edən amillərdir. Bu mürəkkəb prosesi tənzimləmək və məqsədyönlü idarə etmək üçün elmə “kurikulum” anlayışı gətirilib. Latın sözü olan “kurikulum”un dilimizə tərcüməsi “qaçış”, “yol”, “meydan”, “sahə” kimidir. Müasir pedaqogikada isə bu söz, əsasən, “fənnin öyrənilməsi prosesi” anlamında işlənir. Kurikulum sənəd kimi müxtəlif dövlətlərdə müxtəlif adlarda və anlamlarda işlədilir.
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanunununda kurikulum anlayışı verilib.
Maddə 10. Təhsil proqramı (kurikulum)
10.1. Təhsil proqramı dövlət təhsil standartlarına uyğun ayrı-ayrı təhsil pillələri və səviyyələri üzrə təhsilin məzmununu və mənimsənilmə qaydalarını müəyyən edir.
Dünyanın bir çox inkişaf etmiş dövlətlərində təhsilin məzmunu mükəmməl kurikulumlar əsasında qurulub və yüksək nəticələr əldə olunub. Bizdə isə bu sənədlər başdansovdu, alayarımçıq şəkildə hazırlanaraq məktəblərin istifadəsinə verilib. Yəni geriləmələrin səbəbini kurikulum anlayışının təhsilimizə gətirilməsində yox, onun qeyri-peşəkarcasına hazırlanmasında axtarmaq lazımdır.
Bu söz təhsilimizə gətirildikdən sonra hər şey dolaşdırıldı və məktəblərimizdə böyük çaşqınlıq yarandı. Təhsil haqqında qanunun müvafiq maddəsindən göründüyü kimi kurikulum sözü “təhsil proqramı (kurikulum)” kimi daxil edilib. Buradan belə çıxır ki, “kurikulum”la “təhsil proqramı” eyni anlayışlardır. Belə bir sual ortaya çıxır: “Kurikulum” əvəzinə hamı üçün anlaşıqlı olan və diləyatımlı “təhsil proqramı” ifadəsindən niyə istifadə etmirik? Gürcüstanda bu sözün əvəzinə “milli tədris planı”, Baltikyanı ölkələrdə “dərs proqramı”, Türkiyədə “təhsil proqramı” kimi ifadələr işlədilir. Qazaxıstanda isə bu sözdən yalnız akademik səviyyədə, yəni elmi yazışmalarda istifadə olunur.
Təhsil haqqında Qanunda “kurikulum” sözünün mötərizə içərisində yazılmasından istifadə edərək onun ətrafında yaranmış xaosun qarşısını almaq olar. Konseptual sənəd kimi onun içərisinə məzmun standartları, təhsil alanların hazırlığına qoyulan tələblər, təlim texnologiyaları, qiymətləndirmə standartlar və cədvəlləri daxil edilir. Əslində bu sadalanların hər biri kurikulumun mühüm komponentləri hesab olunur. Belə olan halda bunun nəyi pisdir?