

«Mən əvvəllər ehtiyatsızlıq etmişdim və bildirmişdim ki, Bakı-Tiflis-Qars dəmirolyu işə düşəndən sonra bizim köhnə dəmiryolunda ola bilsin ki, yükdaşımaları bir az azalsın. Lakin bu bir az ehtiyatsız verilmiş bəyanat idi». Bu fikirləri bu gün Bakıda jurnalistlərə açıqlamasında Gürcüstanın baş naziri Bidzina İvanişvili deyib.
Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə bu məsələdə bir az tələsdiyini bildirdiyini deyən İvanişvili qeyd edib ki, əslində Bakı-Tiflis-Qars dəmiryolu çəkilməsi Gürcüstan üçün heç bir problem yaratmır.