vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
16:40 | 2 dekabr 2014 | Çərşənbə axşamı Məqaləyə 2835 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Allahın nemətlərini də öz adlarına çıxırlar»

Fuad Axundov: ««Erməni lavaşı», «erməni pizzası», «emənisayağı təzə sıxılmış meyvə şirəsi» rişxənd yaradır»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Erməni lavaşı»nın UNESCO-nun mədəni irs siyahısına salınması cəhdi ilə bağlı hadisə dünya ictimaiyyətinin gözünü bir həqiqətə açmağa imkan verir»: nə lavaş, nə də erməni sözünün özünün özlərini erməni adlandıran haykan xalqı ilə əlaqəsi yoxdur. Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov belə hesab edir.

«Ən əsası odur ki, indiki ermənilərin, əslində isə haykan xalqının (və ya hay xalqının) əcdadları Qafqazda yerləşərək həm türklərin lavaşını («lay aş» sözündən yaranıb, lay-lay yemək deməkdir), həm dolmalarını, kabablarını və digər türk yeməklərini özününküləşdirdilər, hətta onlar özlərinə məxsus üslubda erməni məzhəbindən götürdükləri sözlə özlərini ermənilər adlandırmağa başladılar»,- deyə F.Axundov «İnterfaks-Azərbaycan» agentliyinə bildirib.

«Bu, islam xalqlarından hansınınsa öz dinini millətin adı kimi istifadə etməsi və məsələn, özbək və ya azərbaycanlı deyil, müsəlman adlanması qədər absurddur»,- deyə o əlavə edib.

Onun sözlərinə görə, indiki ermənilər Qafqazda məskunlaşana və bundan bir qədər də sonrakı dövrə qədər erməni dininə mənsub haykan xalqı adlandırılıblar və bütün bu vaxt ərzində erməni «prozelitizmi», yəni yerli xalqların - türklər, kürdlər, yəhudilər, qaraçılar, udilər və. s erməni dininə cəlb edilməsi fəaliyyəti və erməni dininə etiqad edənlərin erməni adlandırılması geniş vüsət alıb.

«Yeri gəlmişkən, indiki Qarabağ ərazisində məskunlaşan udulərin erməni adlandırılması sonnda haylara əsas verdi ki, onlar sonralar özlərini yerli xalq adlandırsınlar. Dağlıq Qarabağda bir vaxtlar törədilmiş bu separatçılığın acı nəticələrini bu gün də yaşayırıq»,- deyə F.Axundov əlavə edib.

O qeyd edib ki, kilsə ayinləri zamanı yezidlərin, udilərin və digər yerli xalqların dillərini mənimsədikdən sonra haylar yerli xalqların ərazilərini də, daha sonra onların tarixini, mədəniyyətini, kilsələrini, memarlıq abidələrini, musiqi alətlərini və hətta musiqisini mənimsəməyə başlayıblar. «Bu gün erməniləşdirmə və ya başqa sözlə desək, hər şeyin mənimsənilməsi erməni siyasətinin əsas tərkib hissəsidir. Bu siyasətin əsas məqsədi onların guya Qafqazda gəlmə deyil, yerli xalq olmalarını sübut etməkdir. Ermənistanın mədəniyyət naziri boş yerə etiraf etməyib ki, lavaşın bir günlük də olsa UNESCO-nun mədəni irs siyahısına daxil edilməsi ermənilərə asan başa gəlməyib.

Ermənilərin özlərininki kimi təqdim etdikləri praktiki olaraq hər şey qonşu xalqlarda - azərbaycanlılarda, türklərdə, gürcülərdə və başqalarında etiraza səbəb olur. Buna görə də yalnız bizim regionda deyil, regionun hüdudlarından kənarda da yayılmış lavaşın erməniləşdirilməsi ilə bağlı bütün bu hadisələr belə fikir yaradır -«utanmasan, oynamağa nə var ki».

Bu baxımdan əgər tezliklə ermənilər UNESCO-nun siyahısına «erməni şaftalısı», »erməni havası» kimi maddi irs nümunələri salmağa cəhd etsələr, bu, heç də təəccüblü görünməz. Bununla yanaşı Rusiyada fəaliyyət göstərən erməni restoranlarının menyusuna daxil edilən «erməni pizzası», «ermənisayağı təzə meyvə şirəsi» anlayışları müştərilərin ancaq istehzalı gülüşünə səbəb ola bilər.

O qeyd edib ki, yolçular və köçərilər üçün hazırlanması çox asan başa gələn lavaş tarixən Mərakeşdən Çinə qədər çox geniş bir ərazidə yayılıb. Türk xalqları azərbaycanlılar, türklər, türkmənlər, özbəklər, uyğurlar, eləcə də regionun digər ölkələrinin xalqları - iranlılar, gürcülər onu məhz türklər kimi lavaş adlandırırlar. «Lavaşı erməniləşdirmək fikri təkcə ermənilərin ağlına gəlib. Burada tanınmış kulinar Stalik Xankişiyevin dediklərini xatırlamamaq olmur. Bir dəfə o ermənilərin bütün xalqlar arasında geniş yayılmış yeməkləri öz adlarına çıxmalarından hiddətlənərək demişdi: «Son zamanlar bu balaca xalqın Allahın verdiyi nemətləri öz adına çıxarmaq manerasını anlamaq olmur» ,- deyə F.Axundov əlavə edib.

«Əgər bizim qərb qonşularımızın Qafqaza gəlmə xalq kimi özünəməxsus olan nəyisə varsa, o da «gəldim, gördüm, götürdüm» prinsipidir və bu, mütləq mənada onların gözlərinin gördüyü hər şeyə şamil edilir, istər qonşu millətlərin yeməkləri olsun, istər musiqisi, istərsə də torpaqları. Azərbaycan dəfələrlə buna şahid olub» - deyən F.Axundov əlavə edib ki, bununla bağlı xarici tədqiqatçıların fikir və faktları onun «Saxtakarlıqları ifşa edənlər» adlı çoxcildli kitabında yer alıb.