
“QADINCA”
GünAz TV-də yeni veriliş başlayıb
GünAz TV-də yeni veriliş başlayıb
“Zenuz ağa” əhalisi travertin mədəninin yenidən işə başlamasına etiraz edir
İslamşəhrdə milli fəala azadlıq tələb olunur
Küçələrə su səpmişəm,
Lift gələndə toz olmasın,
Elə qalxsın, elə ensin
Arada da söz olmasın
(Azərbaycan xalq mahnısına nəzirə)
İddiamız imkanlarımıza uyğun deyil və ya ...
Məhsa Mehdili: « Biz nə yazıq ki, Güney Azərbaycan Milli Hərəkatı olaraq özümüzü o türklərə belə anlada bilməmişik»
Əgər bir cəmiyyətin özünə idealı saydığı şairi Firdovsi və lideri Xomeyni zəif cinsin nümayəndəsini beşinci sort varlıq sayırsa, ...
Bəzi ölkələrdə qadınların mübarizələri müsbət nəticələr verib
Sevil Süleymani: «Bizim toplum zorakılığın nədən ibarət olduğunu öyrətmir»
Sevil Süleymani: «Qadına soruşursan ki, zorakılıq nədir, yumruqdur, təpikdir, ağzının qanamasıdır cavabını verəcək»
«İbrahim Rəisi ona görə irəli sürüblər ki, hamı qorxub Ruhaniyə səs versin»
Sevil Süleymani: «İrandakı Vilayəti-Fəqih sistemi əslində legitimliyini şiə ideologiyasından alan bir krallıqdır»
Yaxud erməninin panfarsçılığı
Kaliforniya ştatının San Diyeqo universitetində qadın hüquqları mövzusunda magistr dərəcəsi almış Sevil Süleymani Güney Azərbaycanda qadın və qızların təhsil imkanları və feminizm məsələlərini tədqiq edir. Sevil Süleymani Amerikanın Səsinin «Amerika icmalı» proqramında müsahibədə Güneydəki qadın və qızların problemlərindən danışıb.
Güneyli fəal İranda dini qanunların mövcud olduğu şəraitdə bütün etnik qruplara mənsub qadınların bunun iqtisadi və sosial təsirlərinə məruz qaldığını deyib.
O bildirib ki, bununla yanaşı, Azərbaycan qadınları etnik türk azlığı olaraq əlavə basqılar altındadır və buraya ana dilində təhsil almaq imkanının verilməməsi də daxildir.
«Yəni hər zaman Azərbaycan qadını psixoloji olaraq o biri etniklər, xüsusilə də fars etnikdən, qadınının təzyiqi altındadır. Özünü heç zaman hüquqi olaraq, amma təkcə hüquq baxımından da deyil, hətta vətəndaşlıq baxımından da özünü fars qadınla bərabər görə bilmir».
Sevil Süleymani ana dilində təhsil hüquqlarının təmin olunmamasının qadınların təhsil imkanlarına təsirlərindən danışıb.
«Azərbaycan qadınının ana dilində oxumamasına görə məktəbə getdikdə o, fars qadınından geri qalır. İllərlə bu psixoloji sıxıntını özü ilə çəkir və bunu təhsilin sonuna qədər özü ilə aparır».
Sevil Süleymani azərbaycanlı qadınların ana dilində təhsil ala bilməməsinin nəticələrini Səkinə Aştiyaninin işi üzərində izah edib.
«Səkinə Aştiyani daşqalaq hökmü almışdı. O gedir məhkəməyə, ona hökmü oxuyurlar, o, daşqalaq hökmünü alanda dili bilmədiyi üçün başa düşmür ki, buna nə deyirlər, sevincək dönür ki, mən bəraət almışam, mənə yaxşı bir hökm verilib. Yəni Azərbaycan qadını təhsil ala-almaya dil məsələsi həmişə onunla qalır».