Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:24 | 10 iyun 2017 | Şənbə
Məqaləyə 2493 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Rusiyanın Ermənistana silah satışı üçün ayırdığı 200 milyon dollar güzəştli kredit müqaviləsi yerinə yetirilmir. Virtualaz.org xəbər verir ki, bu haqda Ermənistanın «İnformasiyalı vətəndaşların İttifaqı» adlı QHT-si hökumətə göndərdiyi sorğunun cavabına istinadən bildirir.
Rusiya 2015-ci ilin iyununda Ermənistana silah satışı üçün 200 milyon dollarlıq güzəştli ixrac krediti ayırmaq barədə müqavilə bağlayıb. Müqaviləyə əsasən 2016-cı il fevralından etibarən bu ilin sonlarına qədər Ermənistana Rusiyadan 200 milyon dollarlıq silah və hərbi texnika göndərilməliydi. Bura «Smerç» reaktiv yaylım atəşi sistemləri, avtomobil nəqliyyatı vasitələri, müxtəlif tipli digər siahlar daxildir.
Təşkilat bildirir ki, həmin müqavilədə göstərilən silahlar kifayət qədər köhnədir, ötən əsrin 80-ci, 70-ci, hətta 60-cı illərinin texnologiyasına əsaslanır. Hərçənd onların arasında nisbətən təzə-10-20 il əvvəlin silahları da var. Ermənistan hökumətinin sorğuya verdiyi cavaba əsasən bu il iyunun 1-nə qədər müqavilə çərçivəsində Ermənistanın kredit öhdəlikləri 35.6 milyon dollar olub. Başqa sözlə, müqavilə üzrə nəzərdə tutulan silahların cəmi 18 faizi çatdırılıb. «Rusiyanın Azərbaycana, İraqa, Suriyaya silahları hansı sürətlə çatdırdığını nəzərə alanda bu ləngimənin səbəbi aydın deyil. Baxmayaraq ki, müqavilənin müddətinin başa çatmasına cəmi 7 ay qalıb», - erməni mətbuatı yazır.
Bundan əvvəl Ermənistan Rusiyadan «İsgəndər» operativ-taktiki raketləri alıb, ancaq bu raketlər həmin kredit müqaviləsi çərçivəsində deyil, Ermənistan büdcəsindən nəğd ödənişlə alınıb.