
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Bakı mollaların körpü mesajına çayı keçməklə cavab verir
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
Reallığı qəbul etsələr, bölgədə qala bilərlər
Azərbaycanda peşəkar hərbçilərin sayı artırılır
Ermənistan Laçın ermənilərinə söz verib
Prezidentin sərəncamı ilə 114 hərbçiyə orden-medal, 8 nəfər isə ali rütbə verilib
Bir zamanlar xəyalımızdan keçməyən həmrəylik indi sıradan bir hadisə olub
Əgər ermənilər “o sizin üçün ölüb, bizim üçün diridir” təsəllisi ilə yaşayırlarsa, “status”un yanına gedə bilərlər
81 128 ədəd mina və partlamamış hərbi sursat zərərsizləşdirilib
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Azərbaycan Müdafiə Nazirliyi dünən cəbhədə Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçularının ölümü ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin Mətbuat xidməti bildirir ki, düşmən tərəfi rəsmi açıqladığı kimi 3 hərbi qulluqçusunu deyil, ağır yaralanmış daha 2 əsgəri - Myasnik Ovanisyan və Vardan Harutyunyanı da ölü olaraq itirib: «Beləliklə də dünən cəbhədə düşmənin 5 hərbi qulluqçusu məhv edilib. Bundan əlavə, ermənilərin bir neçə ağır yaralanmış hərbi qulluqçusu da yerli hospitallardan birinə yerləşdirilib. Həmişə olduğu kimi Ermənistan tərəfi ictimaiyyətinin haqlı etirazından çəkinərək yenə də öz itkilərini gizlətməkdə davam edir».
Azərbaycan ordusunun tank əleyhinə dəzgahlı qumbaraatandan (СПГ - станковый противотанковый гранатомёт) endirdiyi zərbə nəticəsində 3 əsgərin ölməsi ilə yanaşı daha iki əsgərin-Myasnik Ovanisyanın və Vardan Harutyunyanın ağır yaralandığı haqda məlumat ötən gün axşam erməni sosial şəbəkə istifadəçiləri tərəfindən də yayılıb. İndi Azərbaycan MN onların da öldüyünü bildirir. Bu gün erməni KİV-ləri xəbər verib ki, ötən gün təmas xəttində yaralanan iki əsgər ağır vəziyyətdə İrəvandakı mərkəzi hospitala aparılıb. Onların adları açıqlanmayıb.
Erməni sosial şəbəkə istifadəçiləri Azərbaycan ordusunun tank əleyhinə dəzgahlı qumbaraatandan Ermənistan ordusunun təkərli texnikasını vurduğunu bildirir. Hadisənin təmas xəttinin hansı istiqamətində baş verdiyi göstərilmir.